Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Saatlıda kriminal avtoritet güllələndi

Tarix 25.11.18, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gecə Saatlı rayonunun Azadkənd kəndində kənd sakini, 51 yaşlı yaşlı Oktay Saleh oğlu Əkbərovun qətlə yetirilmiş meyiti ona məxsus olan avtomaşında aşkarlanıb

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Oktay Əkbərov 2003-cü ildə yaşamaq üçün Rusiyanın paytaxtı Moskva şəhərinə köçüb. Amma çox keçmədən orada bir neçə dəfə həbs olunaraq məhkumluq həyatı yaşayıb. Həbsxanadan çıxdıqdan sonra kriminal aləmin tanınmış şəxslərindən biri kimi tanınıb.

Sonuncu dəfə həbsxanadan çıxıb kənddəki evlərinə baş çəkib. Yenidən Rusiyaya qayıdacaqmış. Amma...

Ötən gecə o, evdən naməlum şəxsin çağırışından sonra çıxıb. Bir müddət sonra isə özünə məxsus BMW markalı avtomaşında cəsədi aşkarlanıb.

Məlumata görə, o, qonşu kənddən qayıdarkən yolda bir yerdə sürəti azaldıb keçməli imiş. Ona məhz həmin yerdə  ov silahından atəş açıblar. Nəticədə onun başına “karteç” tipli iki güllə dəyib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Hazırda cinayəti törətmiş şəxsin (və ya şəxslərin ) axtarışı davam etdirilir.



Xəbərin oxunma sayı : 280




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap