Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sabiq bələdiyyə sədri 2 milyon manata yaxın torpaq sahələrini satmağa cəhd göstərib - İTTİHAM AKTI

Tarix 26.01.23, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib, onun nədə ittiham olunduğu məlum olub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Bildirilib ki, Ə.Hüseynova qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələrilə ittiham verilib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs 2003-2009-cu illərdə Salyan şossesi 12 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 3 200 kvadrat metr torpaq sahəsini bələdiyyə üzvlərinin xəbəri olmadan satıb.

Belə ki, həmin torpaq sahəsinin 1 000 kvadrat metri 2003-cü ilin dekabrında Ə.Hüseynovun sərəncamıyla Allahyar Şahmarova, 600 kvadrat metri 2006-cı ilin dekabrında onun oğlu Şahmar Şahmarova, 400 kvadrat metri 2005-ci ilin dekabrında onun digər oğlu Ramil Şahmarova, 1200 kvadrat metri isə Lalə Əliyevaya satıldığı qeyd olunub.

İş materiallarında göstərilib ki, Ə.Hüseynov Səbail bələdiyyəsinin möhür və ştampını 2010-cu ildə seçilmiş yeni bələdiyyə sədrinə, yaxud Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təhvil verməyərək gizlədib. O, 2019-cu ildə isə tanışıyla birlikdə möhürdən saxta sənəd hazırlanmasında istifadə edib.

İttihama görə, Ə.Hüseynov ümumilikdə 1 milyon 824 min manat dəyərində 1,52 hektar torpaq sahələrini satmağa, həmin əmlaklarla bağlı müəyyən addımlar atmağa cəhd göstərib. Bunun da 1 milyon 248 min manatlıq hissəsi dövlət mülkiyyətində, 576 min manatlıq hissəsi isə Səbail bələdiyyəsinin balansında olan torpaqlar olub.

Elan olunmuş ittiham üzrə Ə.Hüseynov özünü təqsirli bilməyib.

Cinayət işi üzrə Səbail bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınır.

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 448




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap