Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sabiq deputatın 13 milyonluq şirkəti ləvğ olundu... - Ziya Məmmədov istintaqa çağırıldıqdan sonra...

Tarix 11.02.21, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


"Krosvey" MMC ləğv olunduğunu elan edib.  Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.

Məlumatda qeyd edilir ki, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyində təmsil olunub.

"AzPolitika.info" məlumat verir ki, "Krosvey" əslində 2019-cu ildə yaradılmayıb. Bu şirkət Azərbaycanda 2004-cü il martın 1-də  yaradılan “Bakı-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) adının dəyişdirilməsi nəticəsində yenidən qeydiyyatdan keçib. Bu barədə həmin vaxt verilən məlumatda şirkətin yenidən təşkil olunaraq "Krosvey" MMC-yə çevrildiyi elan edilmişdi. 

Açıklama yok.

Qeyd edək ki, təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD şirkəti göstərilən "Bakı XXI Əsr” MMC-nin qanuni təmsilçisi İsmayıl Əliyev olsa da, sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat, AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri vəzifəsini tutan Elton Məmmədovdur.  Elton Məmmədovun özü də mətbuata müsahibələrində şirkətin təsisçisi olduğunu etiraf edib.

Şirkət 2005-2009-cu illərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirib. Bəzi məlumatlara görə, qardaşı Ziya Məmmədovun tövsiyəsi ilə Elton Məmmədov “Bakı-XXI Əsr” MMC-ni məhz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına ayrılan 10 milyonların "yadlara" qismət olmaması üçün yaradıb.

Açıklama yok.

Mətbuatda yayılan məlumatlara görə, Bakı Avtovağzal Kompleksi 80-100 milyon dollara başa gətirilib. Bu vəsaitin nə qədərinin mənimsənildiyi haqda isə dəqiq məlumat yoxdur. 

Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxildir. Kompleksin idarə edilməsi də son illərə qədər Elton Məmmədova aid “Bakı-XXI Əsr” MMC tərəfindən həyata keçirilib. 

2017-ci ildə Kompleksin Elton Məmmədovdan alındığı xəbəri yayılsa da, sabiq deputat bunu təkzib etmişdi. 

“Mən də sizə sual verirəm, kimsə sizin özəl mülkiyyətinizi əlinizdən ala bilər? Deməli bu məsələni qaldırmağın özü yersizdir”- deyə, məlumatlara Məmmədov qəzəbli reaksiya vermişdi.

Ancaq Məmmədov təkzib etsə də, məlumatlı mənbələr həmin vaxt лompleksin böyük hissəsinin onun nəzarətindən çıxarıldığını bildirirdilər. 

Açıklama yok.

Elə heç bir açıqlama verilmədən 2019-cu ildə “Bakı XXI Əsr” MMC-nin adında dəyişiklik edilərək, yeni “Krosvey” MMC yaradılması da (şirkətin istifadəsində avtovağzal ərazisində eyni adlı mehmanxana var) bununla əlaqələndirilirdi. “Krosvey” MMC-nin direktoru vəzifəsinə isə Cümşüd Bağırov təyin olundu. O, həmçinin avtobus sərnişin daşınması ilə məşğul olan “Azerbaijan Ground Services” şirkətinə rəhbərlik edib. 

Ötən ilin fevralında isə "Bakı XXI Əsr” MMC-nin qanuni təmsilçisinin də dəyişdiyi, İsmayıl Əliyevin yerinə Səidə Əflatun qızı Baxşıyevanın təyin edildiyi haqda məlumat yayıldı. Bunu isə məlumatlı mənbələr Beynəlxalq Avtovağzal Kompleksinin Elton Məmmədovun nəzarətindən tam olaraq çıxarılmasına başlanılması ilə izah edirdilər.  

Bu gün "Krosvey" MMC-nin ləğv olunduğunun elan edilməsi prosesin başa çatdırıldığını göstərir. Maraqlıdır ki, "Krosvey" MMC-nin ləğv olunması qərarı Ziya Məmmədovun istintaqa çağırılmasına dair məlumatlar yayıldıqdan sonra verildi. Təsadüfdürmü?



Xəbərin oxunma sayı : 1159




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap