Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sabiq deputat reanimasiyaya yerləşdirildi: “Türkiyəyə aparılacaq”

Tarix 12.09.17, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq deputat və icra başçısı İnqilab Nadirov reanimasiyaya yerləşdirilib

Bu barədə Lent.az-a İ. Nadirovun nəvəsi Əli Nadirli deyib. Onun sözlərinə görə, babası böyrək çatışmazlığından əziyyət çəkir: "Babamın hazırkı vəziyyəti haqda həkimlər bizə məlumat vermir. Yanına buraxmırlar. Tək onu bilirik ki, reanimasiyaya yerləşdirilib. Ola bilsin, Türkiyəyə apardıq. Amma gərək əvvəl babamın səhhəti uzaq yola çıxmağa hazır olsun”.  
 
Qeyd edək ki, şair, dramaturq, publisist, ictimai- siyasi xadim İnqilab Ədil oğlu Nadirov Azərbaycan Respublikası Ali Sovetinin üç çağırış (1980- 1995-ci illər), həmçinin, ilk Milli Məclisinin deputatı (1991-1995) olub. O, həmçinin 15 may 1994 - 27 avqust 1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsində işləyib. 
 
O, iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor, Türk Dünyası Araştırmaları Uluslararası elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyalarının Akademiki, eləcə də Azərbaycan və Rusiya Yazıçılar ittifaqlarının üzvüdür. 
 
Qeyd edək ki, bu barədə ilk xəbəri salamnews.org yazıb. 



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap