Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sabiq icra başçısı Səfərov hakim qarşısında – SƏBƏB

Tarix 18.07.18, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş icra başçısı hakim qarşısına çıxarılıb. O, dələduzluqda ittiham edilir. Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində Münsif Səfərov və Rüstəm Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Səfərovun vəkili cinayət işi üzrə məhkəmə istintaqının təzələnməsi ilə bağlı vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin ifadələri arasında ziddiyətlər var. Onun sözlərinə görə, hər iki şəxs əvvəlcə bir-birlərinin əleyhinə ifadə veriblər. Lakin məhkəmədə fərqli ifadələrlə çıxış ediblər. Vəkil bu səbəbdən də cinayət işi üzrə məhkəmə istintaqının yenilənməsini tələb edib.
Prokuror vəkilin bu vəsatətinə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.
Bildirək ki, Münsif Səfərov 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı işləyib.

Sonunci prosesdə prokuror Münsif Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib.

Prokuror R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini çıxışında qeyd edib.
İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib və azadlıqdadır.



Xəbərin oxunma sayı : 493




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap