|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Sabiq idarə rəisindən nazirə İTTİHAMLAR: Rüşvətxor, qohumbaz…
Tarix 16.05.17, 14:42 |
|
“İdarə rəislərinin hamısından 60-70 min manat pul alıblar!”
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi Sabir Vəliyev hazırki nazir Heydər Əsədova qarşı sensasiyalı ittihamlar irəli sürüb.
AzFakt.com Sabir Vəliyevin “cebhe.info”ya müsahibəsini təqdim edir:
“Nazir kənd təsərrüfatı sahəsinə dair heç nə bilmir”
- Sabir müəllim, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri, “Agro Business Group” şirkətinin təsisçisi Əli Bayramov mətbuata açıqlamasında kənd təsərrüfatında yaranmış problemli vəziyyəti kadr çatışmamazlığı ilə izah edib. O, bildirib ki, Sabir Vəliyev kimi mütəxəssislər kənarda qaldığı halda aqrar sahəyə qeyri-peşəkar kadrlar rəhbərlik edir. Sizə, kənd təsərrüfatının inkişaf etməməsi sırf kadr problemi ilə bağlıdır, yoxsa başqa səbəb var?
– Kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin ixtisaslı kadrların çıxarıb, yerinə institutu yenicə bitirmiş maliyyəçiləri ixtisası kənd təsərrüfatına uyğun olmayan adamları nazirliyə gətirib. Burada adi şöbə müdirləri belə düzgün seçilməyib. Onların bəziləri nazirin qohumlarıdır, çoxu da rüşvətlə işə götürülüb. Bu, kənd təsərrüfatını çox böyük tənəzzülə aparır. Yəqin ki, ölkə başçısı, I vitse prezident bunları oxuyur və olanlardan xəbərdardır. Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil. Məsələn, nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsinə dair heç nə bilmir. Müavini İlham Quliyev kiminsə yaxın adamıdır. O, tikinti işçisidir, nazirlikdə təftişi, maliyyəni ona veriblər. Onun kənd təsərrüfatından anlayışı yoxdur, ümumiyyətlə, bu sahədən başı çıxmır. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbova 17 institut tabedir. O kənd təsərrüfatında elmi-tədqiqat aparılması işlərini nə bilir ki, elmi müşavirə keçirib, istiqamət versin? O, baytarlığın, bitki mühafizəsinin, eləcə də elmin digər sahələri üzrə alimlərə nə deyə bilər? Heç nə bilməyən mütəxəssisləri gətirib nazir müavini qoymağın mənası yoxdur.
Mən 48 il dövlət qulluğunda işləmişəm. 1973-cü ildə mərhum prezident Heydər Əliyev məcburən məni Krımdan Azərbaycana gətirdi. O vaxtlar Yalta şəhərində Ümumittifaq Üzümçülük və Şərabçılıq “Maqaraç” Elmi-Tədqiqat İnstitutunun əyani bölməsinə aspiranturaya daxil olmuşdum. Heydər Əliyevlə görüşəndə demişdim ki, Azərbaycanda mütəxəssis yetişdirmək çox çətindir. Hətta təklif etmişdim ki, xarici dövlətlərdə təhsil alanları Azərbaycana cəlb etmək lazımdır. Cəlb etdi, amma nə olsun?! Heydər Əliyev sağ olsaydı, heç vaxt İsmət Abbasovu Kənd Təsərrüfatı Naziri qoymazdı. Son illər Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində nazir olan adamlar qeyri-mütəxəssis olduğu üçün peşəkar adamları oradan uzaqlaşdırır ki, ona maneçilik törətməsin. Heydər Əsədov rəhmətlik Çingiz Fərəcovu, məni, eləcə də digər işini bilən mütəxəssisləri nazirlikdə müşavir qoya bilməzdimi? Çünki hərəsi həm istehsal, həm də emal sahəsinə dərindən bələd idilər. Bu isə gələcəkdə potensiallı yeni kadr hazırlığına təkan verərdi.
“Maliyyəçinin kənd təsərrüfatında nə işi var?”
- Hazırda kənd təsərrüfatının hansı sahələr üzrə daha çox kadr çatışmazlığı hiss olunur?
– Ümumiyyətlə, tərəvəzçilik, bitkiçilik, üzümçülük, şərabçılıq, eləcə də elmi-tədqiqat sahələrinin digər sahələri üzrə mütəxəssis yetişdirmək lazımdır. Bu sahələr sıradan çıxıb. Bu sahə üzrə təhsil alanlar da özlərinə başqa sahələrdə iş axtarırlar. Çünki kənd təsərrüfatına peşəkar adamlar rəhbərlik etmir. Maliyyəçinin kənd təsərrüfatında nə işi var?Getsin, hansısa bir şirkətin prezidenti olsun. Onların kənd təsərrüfatından xəbəri yoxdur. İlham Quliyev, Seyfəddin Talıbov, Heydər Əsədovun arxasında duranlardan soruşmaq lazımdır ki, Azərbaycanı niyə dağıdırlar?
Vaxtilə üzümçülük və şərabçılıq dövlət büdcəsinin 45 faizini təşkil edirdi. Belə bir sahəni məhv etmək lazımdırmı? Yaxınlarda dövlət başçısı Nazirlər Kabinetinin iclasında dedi ki, şərabçılıq beş dəfə artırılmalıdır. Amma necə, kim? Bu işlə məşğul olan mütəxəssis biokimya, kimya, fiziologiya elmlərini bilməlidir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əli Bayramovu çıxarıb yerinə fermer qoyublar. Ora rəhbər olan şəxs hər bir texnikadan xəbərdar olmalıdır, bitki mühafizəsindən məlumatlı olmalıdır. Bunların hamısı ölkə üçün önəmli bir sahədir.
Əgər Kənd Təsərrüfatı Nazirliyinə peşəkar adamlar təyin edilsə, dövlət büdcəsinin böyük hissəsini kənd təsərrüfatı məhsulları ödəyərdi. Yüngül sənayeyə yer ayırmaq lazımdır. Pambıqçılıq inkişaf etdirilməlidir, toxuculuq fabrikləri tikmək lazımdır. Həmçinin yüngül sənaye nazirliyi yaradılmalıdır ki, pambıqdan və digər bitkilərdən parça toxunsun, istehlak malları istehsal olunsun. Pambıqçılıq inkişaf etsə də, bu sahələrə bələd olmayan adam onu məhv edəcək. Hər rayonda bu sahəni bilən mütəxəssislər seçilməlidir. Yerlərdə prezidentin sərəncamı ilə kənd təsərrüfatı idarələri açılıb, amma Heydər Əsədov ora qeyri-peşəkar adamları yığıb. Yerlərdə yaradılan kənd təsərrüfatı idarələrinə mütəxəssisləri idarə rəhbəri özü təyin etməlidir. Amma ora adamları Heydər Əsədov təyin edir. Bu sahə üzrə 48 il işlədim, Heydər Əliyev heç vaxt kimi işə götürmək məsələsinə qarışmadı. O, həmişə bu prinsipdə olub ki, idarə rəhbəri özü mütəxəssis götürməlidir, özü də cavabdeh olmalıdır. Kadrlar idarəsində işə götürülənlər rüşvətdən başqa heç nə bilmir. İdarə rəislərinin hamısından 60-70 min manat pul alıblar. Ora pul verib girən adamların hamısı da peşiman olub. Əvvəllər belə şey olmamışdı. Bu, biabırçılıqdı. Belə nazirlik olmaz.
“Azər Əmiraslanovun özünə dərs keçmək lazımdır”
- Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi indiyə qədər kənd təsərrüfatı sahəsində hansı işlər görüb?
– Açığı deyirəm, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov mütəxəssis deyil. Heç bir iş də görməyib. Ümumiyyətlə, o, aqrar sahəni bilmir. Onun özünü öyrətmək, dərs keçmək lazımdır.Orada mütləq aqronom olmalıdır. Torpağın mexaniki tərkibindən başlamış emal sənayesinə qədər bütün bitkilərin istehsal və emalını bilən mütəxəssis olmalıdır. Həmçinin, bütün ticarət sisteminə nəzarət olunmalıdır. İnsanların çoxu marketlərdə olan ərzaq məhsullarının keyfiyyətsizliyindən əziyyət çəkir. Bunun hamısına Aqrar siyasət məsələləri şöbəsi nəzarət etməlidir. Yerlərə yoxlamalar göndərilməlidir. Onlarda bu funksiya olsa da, işə girişmirlər. Heydər Əliyev vaxtında Aqrar siyasət məsələləri şöbəsinin icazəsi olmadan heç kim istədiyi məhsulu istehsal edə bilməzdi. Onlar hamısına razılıq verirdi, daha sonra nəzarət olunurdu. Prezident Administasiyasında Nəzarət şöbəsi olsa da, nəzarət yoxdur. O zaman bu şöbələrin müdirləri nəyə görə bu qədər maaş alır? Ümumiyyətlə, bütün sahələrdə nəzarət sistemi olmasa, onu idarə etmək çox çətindir. Dünyanın hər yerində nəzarət formalaşıb, Azərbaycanda isə tənəzzülə gedir. Məsələ məni bu yaşımda çox narahat edir. Kənd Təsərrüfatı Nazirliyində şöbə yox, baş idarə olmalıdır. Belə qanun yoxdur. Dünyanın heç bir yerində şöbə yoxdur, ancaq departamentlər var. İdarəetmə sisteminin təkmilləşməsi haqqında yeni fərman olmalıdır. Buna Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi qarışmalıdır. Onun icazəsi olmadan yerlərdə heç kim işdən çıxarılmamalıdır. Heydər Əliyevin vaxtında kənd təsərrüfatına 11 komitə baxırdı. İndi təkcə Kənd Təsərrüfatı Nazirliyi baxır.
- Kənd təsərrüfatı sahəsi spesifik sahədir. Əvvəlki uğurunu, hətta ondan da yüksək nəticəni əldə etmək üçün ilk növbədə nədən başlamaq lazımdır?
– Yalnız kadr siyasətindən başlamaq lazımdır. Kadr düzgün yetişdiriləndən sonra kənd təsərrüfatının istehsalını əvvəlkindən də yüksək səviyyəyə çatdırmaq olar. Əvvəllər kimyəvi maddələr, gübrələr çox az idi. İndi daxildə hər şeyi nizamlamaq olar. İstehlak mallarının istehsalını əvvəlkindən də yaxşı səviyyəyə qaldırmaq olar. Hazırda meyvə-tərəvəz məhsullarının qiymətləri ərşə qalxıb. Bunların qiymətini 10 dəfə aşağı salmaq olar. Nəyə görə pomidorun qiyməti 3.50-4 manat olmalıdır? Uzaqbaşı 10-15 qəpik olmalıdır. Çünki hər yerdə bostan bitkiləri əkmək olar. Qiymətləri elə nizamlamaq olar ki, əvvəlkindən də yaxşı olar.
“150 min dollara kombayn gətirirlər. O qədər pulu bir texnikaya vermək olmaz”
- Ötən il pambıq yığımına çoxlu sayda həkimlər, müəllimlər, şagirdlər, ASAN-Xidmət və digər dövlət orqanlarında fəaliyyət göstərən işçilər cəlb edilmişdi. Rəsmi məlumatlara görə Azərbaycanda 50 min tondan çox pambıq tədarük edilib…
– 2016-cı ildə pambıq yığımında göstərilən nəticə heç bir rayonun payı deyil. Vaxtilə 1 milyon ton pambıq istehsal etmişdik. İndi MKT şirkətləri yəni, “alverçi”lər rayonlarda pambıq emalının ələ alıblar. Pambıq sənayesində emalçılar yerlərdə özləri qəbul etməlidir, hətta istehlak bazarına qədər nəzarət etməlidir. Alverçilər pambığı camaatdan ucuz götürür. Nəticədə maraq ölür, emal aşağı düşür. Ona görə də müəllimləri, həkimləri sahələrə töküb pambıq yığdılar. Bu, ayıbdır. Bizim kifayət qədər fəhlə sinfimiz var. O vaxtı Özbəkistandan xüsusi pambıqyığan maşınları gətirirdik. Dərman vururduq pambığın yarpaqlarını tökürdük. Həmin maşınlar pambığın təmiz şəkildə 90 faizini yığırdı.
Qalan 10 faizi isə işçi qüvvəsi cəlb olunaraq yığılıb təhvil verilirdi. İndi bunları etmək daha asandır. Bu gün görürük ki, Almaniyadan 150 min dollara pambıqyığan texnika gətirirlər. O qədər pulu bir texnikaya vermək olmaz. Bu, Heydər Əsədovun öz uydurmasıdır ki, o pulu “yesin”. Texnikanın öz qiymətini ödəyib yarısını “yeyirlər”. Problem ondadır ki, buna da nəzarət yoxdur. Adam göndərib yerində həmin texnikanın qiymətini öyrənmək lazımdır. Bu qədər vəsaiti dağıtmaq olmaz. Çindən Azərbaycana tut tingi gətiriblər. Ölkənin istənilən regionunda tut ağacının tingini əksən, bitəcək. Bunun üçün dövlət büdcəsindən o qədər vəsait ödəmək düzgün deyil.
- Sabir müəllim, uzun müddət kənd təsərrüfatının müxtəlif sahələri üzrə rəhbər vəzifələrdə çalışmısız. Dövlət mükafatları, fəxri-fərmanlarla təltif olunmusuz, bu gün də təqaüddəsiz.Sizcə, bu gün təqaüdə çıxanlara lazımi diqqət və qayğı göstərilirmi?Yəni, keçmiş ənənələr davam etdirilirmi?
– Adətən, pensiyaya çıxanları nazir qəbul edib təşəkkür etməlidir. Amma kənd təsərrüfatında 48 il işləyən adamları pensiyaya göndərəndə Heydər Əsədov gəlmədi. Əvəzində İlham Quliyevi göndərib bizi pensiyaya yola salırdı.İlham Quliyev kimdir ki, peşəkar adamları təqaüdə göndərsin? Dünyanın dörd bir yanından yaşıdlarım zəng vurub təqaüdə çaxmağımızı təəccüblə qarşılayırdı. Bu, Azərbaycan üçün biabırçılıqdır.Əvvəllər insanları pensiyaya göndərəndə təbrik edirdilər, təntənəli iclas keçirirdilər. O vaxtı “Şərəf nişanı” ordeni və “Əmək şöhrəti” medalı ilə təltif olunmuşam, “Əməkdar Kənd Təsərrüfatı işçisi” fəxri adı almışam. Bir sıra beynəlxalq fəxri adlara layiq görülmüşəm.
Amma indi laqeydlik var. Təqaüdə çıxmış insanları qiymətləndirmək Azərbaycan kimi ölkə üçün nədir ki? Təcrübəli mütəxəssislərə qiymət verilməyəndə gələcək nəslin dövlətə qarşı inamı da itir. Bunların hamısı prezidentin üzərinə düşməməlidir. Bunun üçün kifayət qədər şöbələr, qurumlar var. Uzun müddət dövlət qulluğunda gecəsini gündüzünə qatıb çalışan insanlara prezident təqaüdü verilməyəndə kimə verilməlidir? Prezident təqaüdünü təkcə artistlər, müğənnilərmi almalıdır? Bizə verilən pulla nə müalicə etdirmək, nə də istirahətə getmək olur. İnsan ona qiymət verilməyəndə onun yaşamağının heç bir əhəmiyyəti olmur. Heç kəsə inam qalmır. Bu zaman da vətənpərvərlik olmaz.
Xəbərin oxunma sayı : 361
Müsahibə
Xəbərlər
-
Göytəpə meşəsində “soyqırım“: 20 gündə minlərlə ağac kəsilib (VİDEO)
-
“AzSığorta” kiçilir: əməliyyatlar zərərlə icra olunur
-
İpoteka kreditləri üzrə şərtlər yüngülləşdirilsin - Deputat
-
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
-
Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi
-
3 dərəcə şaxta, qar, güclü külək - Sabahın havası
-
Cəza sərtləşdirildi: bu şəxslər 2500 manat cərimələnəcək
-
Bu şəxslərin maaşları artırılır - MƏBLƏĞ
-
Moskvadakı terroru kim maliyyələşdirib? - İstintaq Komitəsi açıqlama yaydı
-
Kommunal xidmətlərlə bağlı dəyişiklik - QƏRAR
-
Üçqat dünya çempionumuzun cinayət işi: 185 mini kim mənimsəyib?
-
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama
-
Qazaxıstandan öz vətəndaşlarına çağırış: “Odessa və Xarkov vilayətlərini tərk edin”
-
Azərbaycan xaricdən ət alışını artırıb: Ən çox nə idxal edirik? - CƏDVƏL
-
Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO
-
Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA
-
İsrail Hələbə hava zərbələri endirib - 36 Suriya hərbçisi həlak olub
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 21 məsələ var
-
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
-
1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı
-
NATO Ukraynaya ciddi dəstək verməlidir - Latviya XİN başçısı
-
Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur
-
Qlobal istiləşmə Yer kürəsinin fırlanma sürətini dəyişib - Görünməmiş TƏHLÜKƏ
-
Yaponiyadan texnoloji yenilik: Yuyula bilən smartfon istehsal edildi
-
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
-
“ABŞ-nin NATO-dan çıxması məsələsi gündəmə gələ bilər” - Bolton
-
Jurnalist İdrak Camalbəyli Kiyevdə vəfat edib
-
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
-
Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
-
İlon Mask müğənni sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşüb? - FOTO
-
Azərbaycan əhalisinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
TOP 10
ARXİV