Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sabiq millət vəkili Abşeronun icra başçısını ifşa etdi: “100 orduxandan, məhəmməddən təhlükəli…”

Tarix 10.03.18, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış jurnalist, sabiq millət vəkili Etibar Hüseynov növbəti dəfə Xırdalan şəhərində yaşıllıqların məhv edilməsi və Heydər Əliyevə edilmiş hörmətsizliklə bağlı status paylaşıb.



Tendensiya.com xəbər verir ki, Etibar Hüseynov Abşeron rayonun rəhbərliyini Avropadakı adına “tualet müxalifəti” deyilənlərlə müqayisə edib.

Həmin statusu olduğu kimi təqdim edirik:

İstər Bakıdakı Milli Şura olsun, istərsə də Avropadakı adına “tualet müxalifəti” deyilənlər 100 il də gecə – gündüz çığır-bağır salsalar da, xeyiri yoxdu – bu iqtidarın nüfuzuna xələl gətirə bilməzlər ki, bunu hakimiyyətdə təmsil olunan bir sıra nazir ve çinovniklər qat-qat artıqlamasıyla edir. Ona görə də bu gün şəhərdəki zibil qutularına Orduxanla, Məhəmməd Mirzəlinin fotolarını vurunca, onların əvəzinə bir sıra rüşvətxor, qudurğan çinovniklərin şəkillərini yapışdırmaq daha doğru olardı. İnanın ki, onlar 100 orduxandan, məhəmməddən təhlükəli adamlardır. Bir ildən artıqdır ki, mən və onlarla sayt Xırdalanda Heydər Əliyev parkının, prospektinin, hətta posterinin də dağıdılmasıyla bağlı məqalələr yazırıq. Amma Abşeron İcra hakimiyyəti bircə dəfə də olsun reaksiya verməyib. Amma Xırdalanda deyil, Abşeronun künc-bucağında bir kasıb daş üstə daş qoyan kimi başçının xüsusi bandası peyda olub o tikilini darmadağın edir. İndi hansısa “Birlik – 7″ MTK şirkəti Xırdalanın göbəyində Ulu Öndərin adını daşıyan prospektdə (bir-neçə yerində) yaşıllığın altını üstünə çevirib tikinti aparır, və mətbuat da bunu dəfələrlə  işıqlandırır – amma heç kəsin vecinə də deyil. İndi nə etməli? Gərəkdir ki, bunların da fotoların orduxanla, məhəmmədin şəkilinin yanına vurulsun kı, bəlkə onda tərpənələr? Elə isə darıxmayın – onsuz da yerli sakinlər gec-tez bunu edəcək. Hələliksə bu günlərdə Heydər Əliyevin dağıdılmış posterinin yerinde taxta lövhə düzeldib İradə Gülməmmədovanın şəkillərini yapışdırtdıracam. Sonrasına isə baxarıq”.








Xəbərin oxunma sayı : 10639




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap