“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sabiq nazir bir milyonluq borcunu ödəyə bilmir - Ölkədən çıxışına “stop“ qoyulub?

Tarix 16.09.21, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş Vergilər naziri Fazil Məmmədov vergi borcunu ödəyə bilmir. 

Qaynarinfo xəbər verir ki, keçmiş nazirin biznes imperiyasına daxil olan "Ata Holdinq” MMC-nin 967 111.04 AZN vergi borcu var. Bu borc uzun müddətdir ki, ödənilmir. 

Məlumata görə, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Departamenti bununla bağlı məhkəməyə müraciət edib. İddia olunur ki, vergi borcuna görə Fazil Məmmədovun ölkədən çıxışına da "stop" qoyulub.

"Ata  Holdinq” MMC 23 iyul 2003-cü ildə 40 071 815.66 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Holdinqin qanuni təmsilçisi Kamilov Əşfər Kamil oğludur. Əşrəf Kamilov bundan əvvəl "Ata  Holdinq”in Müşahidə Şurasının sədrinin müavini kimi çalışıb. Onun "Ata Bank” və "Bank VTB Azərbaycan” kimi banklarda səhm payları olub. "Ata Bank” artıq ləğv edilib. Əşrəf Kamilov "Bank VTB”dəki payını isə satıb. 

Fazil Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra biznes imperiyası çökməyə başlayıb. Onun nəzarətində olan şirkətlərin bir qismi məhkəməyə verilib. 



Xəbərin oxunma sayı : 742




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap