Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sabiq nazir insult keçirib: Namiq Abbasov danışa bilmir - Həkimlər telefonu qadağan edib

Tarix 22.06.19, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.

Vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş və nazir müavini vəzifəsinədək yüksəlmiş Əli Nağıyev kimi peşəkar zabitin yenidən xüsusi xidmət orqanın rəhbərliyinə qaytarılması sabiq "çekistlər” tərəfindən də yüksək qiymətləndirlir.

Maraqlıdır, Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun bu təyinata münasibəti necədir?

Mia.az xəbər verir ki, Modern.az saytının əməkdaşı Namiq Abbasovla əlaqə saxlamağa çalışıb. Lakin yaxınları bildiriblər ki, son vaxtlar səhhətində ciddi problem yaranmış və insult keçirmiş sabiq nazir hazırda özünü piss hiss etdiyindən danışa bilmir. Hətta onun hazırda mobil telefon belə işlətmədiyi qeyd edilib.

Qeyd edək ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.



Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap