Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Sabiq nazirdən misli görülməmiş özbaşınalıq - Xanım sahibkarın ərazisini zəbt edib, özünü məhkəməyə verdi...

Tarix 15.06.19, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


2013-cü ildə İsmayıllı rayonunda ölkə rəhbərliyinə qarşı sosial qiyam qaldırılmasına səbəb olan Ələkbərovlar ailəsinin ağsaqqalı, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və onun ailə üzvülərinin əməlləri hələ də insanların yaddaşından silinməyib. 

Sabiq nazir destruktiv əməllərini indi də başqa formada davam etdirməkdədir.

Beləki Füzuli Ələkbərov nazir olduğu dövrdə nazir statusundan istifadə edərək Bakının Səbail rayonu ərazisində yerləşən “Məlahət” MMC-yə məxsus əmlakı zəbt etməsi bir yana, “Məlahət” MMC-yə məxsus mülkü qanunsuz şəkildə özəlləşdirməyə nail olub. “Məlahət” MMC özünə məxsus olan zirzəmidə təmir-tikinti işləri apararkən, məlum olur ki, zirzəminin bir hissəsi hansısa səbəbdən və nəyinsə qarşılığında Füzuli Ələkbərov tərəfindən özəlləşdirilib. O, hətta zirzəmini özəlləşdirdiyini gizli saxlamaq üçün öz ərazisi ilə qonşu ərazi arasında arakəsmə belə qoymayıb. İşfa olunduğunu görən Füzuli Ələkbərov saxtakarlığını ört-basdır etmək üçün MMC-nin rəhbərliyinə qarşı müxtəlif aidiyyatı olmayan dövlət orqanları vasitəsi ilə təyziqlər etməyə cəhd etmiş, bu baş tutmadıqda isə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, “Məlahət” MMC-də öz növbəsində qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib. Hazırda məhkəmə prosesi davam edir.

“Məlahət” MMC-nin rəsmisi məsələ ilə bağlı müxbirimizə bildirib ki, onlar qanunun aliliyinə inanırlar və sabiq nazirin saxtakarlığına məhkəmə qaydasında ədalətli qərar veriləcəyindən əmindirlər:

“Azərbaycan hüquqi dövlətdir və biz ölkəmizdə qanunun aliliyinə inanırıq. Ölkə prezidenti Cənab İlham Əliyev də hər zaman iş adamlarına qarşı həyata keçirilən saxtakarlıqların qarşısını alıb və iş adamlarına hər zaman istənilən dəstəyi verib. Ona görə də, sabiq üsyankar nazirin əməlləri ilə bağlı yaxın günlərdə ölkə prezidentinə və Azərbaycan qadınlarının himayədarı, ölkəmizin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edəcəyik”, – deyə şirkət rəsmisi bildirib.

Onu da qeyd edək ki, üsyankar Ələkbərov klanı davamlı şəkildə “Məlahət” MMC rəhəbrliyinə qarşı mətbuatda müxtəlif əsası olmayan məlumatların yayılmasına səy göstərir. Amma xalqı üsyana təhrik edən sabiq nazir unudur ki, onun “əməlləri” hələ də unudulmayıb.

Bundan başqa “Məlahət”MMC-nin ortaya qoyduğu sənədlər də göstərir ki, Füzuli Ələkbərov doğurdan da saxtakarlıq yolu ilə qeyd olunan ünvandakı mülkü mənimsəməyə cəhd edib. Şirkət tərəfdən redaksiyamıza təqdim olunan bütün sənədlər göstərir ki, həqiqətən də sabiq nazir saxtakarlıq etməkdə çox mahir biridir və o, dövlət tərəfindən MMC-yə verilən sənədləri nazir satusundan istifadə edərək öz adına keçirib və saxtalaşdırıb.

Qeyd edək ki, bu günə qədər ölkə mediasında sabiq nazirin tutduğu vəzifədən istifadə edərək yüzlərlə insanın əmlakını mənimsədiyi ilə bağlı onlarla fakt yayılıb.

Sabiq nazirin KİV-də yayılmış əmlakının siyahısını yenidən oxucularımıza təqdim edirik:








Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap