Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sabirabad icra hakimiyyətinin başçısı kəndlərdə görüşlər keçirib - FOTO

Tarix 04.06.20, 12:30

Font ölçüsü : - / +
bitmap-img6


Siraqəddin Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinin yerinə yetirilməsi istiqamətində proflaktiki işlərin gücləndirilməsi ilə bağlı da geniş söhbət aparıb...

Sabirabad Rayon İcra Hakimiyyətində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması, kənd təsərrüfatı işlərinin gedişi, ərazidə narahatçılıq doğuran məsələlərin yerindəcə həlli məqsədilə geniş tədbirlər planı hazırlanıb həyata keçirilir. Bu məqsədlə İcra Hakimiyyətinin məsul işçiləri mütamadi olaraq yerlərdə olurlar.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son bir neçə gün ərzində rayonun Sarxanbəyli, Əliləmbəyli, Azadkənd və Güdəcühür kəndlərində olmuş taxıl biçininə hazırlığın və pambıq əkinlərinin vəziyyəti ilə tanış olmuş, baramaçılarla görüşmüşdür. Vətandaş müracətləri əsasında əkin sahələrinin suvarmasıyla bağlı bir sıra məsələləri yerindəcə həll etmişdir. İcra başçısı Azadkənd kəndində torpaqların səmərəliliyinin artırılması və Sarxanbəyli kəndində örüş sahələrindən təyinatı üzrə istifadə edilməsilə bağlı bir qrup sakini qəbul etmişdir. Vətandaşları narahat edən məsələlərin həlli ilə bağlı lazımı tapşırıqlar vermiş və icrasını nəzarətə götürmüşdür.



Rayon İcra Hakimiyyətinin başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinin yerinə yetirilməsi istiqamətində proflaktiki işlərin gücləndirilməsi ilə bağlı da geniş söhbət aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələri bir daha diqqətə çatdırmışdır. İcra başçısı məşğulluğun artırılması üçün bütün səylərin səfərbər olunması, ictimai işlərə cəlb olunanlara nəzarət və diqqətin gücləndirilməsi, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyinidə xüsusi vurğulamışdır.



Xəbərin oxunma sayı : 616




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap