Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında növbəti onlayın iclas keçirilib - FOTO

Tarix 23.09.20, 11:02

Font ölçüsü : - / +
bitmap-img6


İclasda “Sabirabad rayonunda kənd təsərrüfatı işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə məsələ müzakirə olunmuşdur. Tədbirdə icra hakimiyyəti başçısı yanında Şura üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etmişlər.

Rayon İçra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Şura iclasında çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən son tədbirlər rayonumuzda da öz töhfələrini verməkdədir. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş və hazırda da bu sahədə işlər davam etdirilir. Rayonumuzda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi sahəsində bu günədək xeyli işlər həyata keçirilmiş, hazırda qarşıda duran əsas vəzifə gərgin zəhmət bahasına yetişdirilmiş pambığı tez və itkisiz yığmaqdan ibarətdir.
Pambıq yığımının mütəşəkkil keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü, pambıqyığan texnikanın start vəziyyətinə gətirildiyini xüsusi vurğulayan icra başçısı “MKT-İK”, “Azərpambıq”, “P-Aqro” və “Aqro-Az” MMC-lərin rəhbərlərini mülkiyyətçilərlə müqavilə öhdəliklərinə ciddi əməl etməyə, toplanmış məhsulun tədarük məntəqəsinə təhvil verilməsində möhkəm intizam yaratmağa, süründürməçiliyə yol verməməyə, labarotoriya analizlərinin düzgün aparılmasına önəm verməyə çağırmışdır.

Natıq pambıqçılıq sahəsinin inkişafının əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynadığını bildirərək, hazırda bu sahədə 20 min nəfərdən çox kənd əhalisinin çalışdığını uğurlu nailiyyət kimi qiymətləndirmişdir.

Qeyd edilmişdir ki, payız əkinlərinin, xüsusilə taxılçılığın inkişafının təmin edilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Xəstəliklərə davamlı toxumların tədarük edilməsi üçün bütün lazımi tədbirlər görülməlidir.
Sonra S.Cabbarov koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırmış, bu sahədə əhali arasında ciddi maarifləndirmə işlərinin bundan sonra da aparılmasının vacibliyini bildirmiş, uşaq bağçalarında, ümumtəhsil məktəblərində mütamadi olaraq dezinfeksiya işlərinin aparılmasının vacibliyini GEM-in rəhbərliyinin diqqətinə çatdırmışdır. Bununla yanaşı uşaq baxçalarında işçi personalı pandemiya şəraitinin qaydaları ilə bağlı hərtərəfli təlimatlandırılmalı, həm uşaqların, həm valideynlərin, həm də baxçada çalışan işçilərin ilk olaraq tempraturu ölçülməli və əlləri dezinfeksiya olunmalıdır. Baxçalara verilən ərzağın keyfiyyətinə nəzarətin təşkili də vacib məsələlərdəndir.
İclasda Əliləmbəyli kənd İnzibati Ərazi dairəsi üzrə sabiq icra nümayəndəsi M.Məşədioğlunun ciddi qanun pozuntusuna yol verdiyi və bununla əlaqədar prokurorluqda cinayət işi başlanıldığı qeyd olunmuş və icra nümayəndələrinin, bələdiyyə sədrlərinin əsas fəaliyyət prinsipinin qanunun aliliyini təmin etmək olduğu həmin vəzifəli şəxslərin nəzərinə çatdırılmışdır.

Şura iclasında rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri pandemiya dövründə və əkinçilik sahəsində görülmüş işlərlə bağlı hesabat vermişlər.

Şura iclasını yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov icra stukturları qarşısında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox mühüm və təxirəsalınmaz vəzifələr qoyulduğunu xüsusi vurğulayaraq, idarə, müəssisə rəhbərlərinin və inzibati ərazi dairələri üzrə nümayəndələrin qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən işləri daha məsuliyyətlə və ardıcıllıqla yerinə yetirməyə çağırmış, vətəndaş müraciətlərinə həssaslıqla yanaşmağı bir vəzifə olaraq bildirmişdir.





Xəbərin oxunma sayı : 358

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda