Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Sabirabadda 20 Yanvar faciəsinin 27-ci ildönümü anılıb - Fotolar

Tarix 20.01.17, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


20 yanvar faciəsinin ildönümü ilə baglı Sabirabad rayonunda da anım tədbiri keçirilib. 

Mərasimdə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur. Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzmüşlər. 

Anım mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, rayon gəncləri və məktəblilər iştirak ediblər.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov  20 Yanvarın faciəsindən danışmış, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir. Nazim ismayılov 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirmişdir. Faciənin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayan  Nazim İsmayılov ümummilli lider Heydər Əliyevin o zamanlar Moskbada 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini, Ulu öndərin səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirmişdir.

Nazim İsmayılov çıxışında 20 Yanvar faciəsinin  Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixi olduğunu və bu mübarizədə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd  Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını dedi. 

Daha sonar çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğuladılar.

Həmçinin, Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və  rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakini Zabulla Əliyevin məzarını ziyarət edərək, valideyinlərinə dərin hüznlə başsağlığı veriblər. 

Qeyd edək ki, 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiqlənmiş, rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilmiş, faciə qurbanları yad edilmişdir. Respubilkanın hər yerində olduğu kimi Sabirabad rayonundada saat 12:00 -da 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap