Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sabirabadda qohumlar əlbir olub 25 min manatlıq mal-qara oğurladı-FOTO

Tarix 15.07.17, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar

ARB TV xəbər verir ki, saxlanılan şəxslərin ətraflarında əməliyyat tədbirləri davam etdirilən zaman onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təssərrüfadan ümumilikdə 20 iri buynuzlu mal-qara oğurladıqları məlum olub.

Qeyd edək ki, İ.Bədəlov və R.Cəfərov oğurladıqları mal-heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə təsərrüfat sahiblərinə 25 min manata yaxın maddi ziyan vurublar. Həmin məbləğin bir qisminin ödənilməsi təmin edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.









Xəbərin oxunma sayı : 127




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap