“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sabirabadda xəstəxana var, həkim yoxdur - Dializ xəstələri niyə zəhərlənib?

Tarix 25.01.20, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 23-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində xəstələrin kütləvi zəhərlənməsi baş verib. Hazırda xəstələrin vəziyyəti dünənə nisbətən stabildir.

AzFakt.com bildirir ki, bu barədə AYNA-ya zəhərlənmiş xəstələrdən biri – Əlmədət Ağayev məlumat verib.

“Dializ alıb evə getdik, qızdırma, üşütmə, ishal başladı, təzyiq çox aşağı düşdü. Ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Dünənə baxanda, bu gün bir qədər irəliləyiş var. Həkimlər qulluğumuzda dayanıblar, ancaq hələ də qızdırma, qusma, ishal davam edir”, – deyə xəstə bildirib.

Ə.Ağayevin dediyinə görə, xəstələrdən biri Bakıya gətirilib: “Eyni növbədə beş xəstə dializ almışdıq, beşimiz də eyni vəziyyətdə xəstəxanaya gətirilmişik. Xəstələrdən biri evə gedib, birini də qohumları Bakıya apardılar. İndi mənimlə bərabər reanimasiyada iki xəstə müalicə alır”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə uroloq var, nə də nefroloq: “Hansı səbəbdən zəhərləndiyimiz bilinmir, bizə bu barədə heç nə demirlər. Ancaq səbəbi özümüz bilirik, xəstəxanada böyrək həkimi, dializ həkimi yoxdur, bizi tibb bacıları dializ edir. Dializ həkimi olmadığına görə də bu gündəyik”.

“Dəfələrlə bu barədə aidiyyəti qurumlara məlumat vermişik. Deyiblər ki, həkim göndəriləcək. Yanvar ayına söz vermişdilər, ancaq hələ də həkim yoxdur”, – xəstə əlavə edib.

Qeyd edək ki, dünən Sabirabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) dializ alan xəstələrin evə qayıtdıqdan sonra halları pisləşib. Beş dializ xəstəsi eyni şikayətlərlə yenidən xəstəxanaya gətirilib, reanimasiya şöbəsinə yerləşdirilib.

Məsələ ilə bağlı Sabirabad RMX-dən və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AYNA-nın sorğularına heç bir cavab verilməyib.



Xəbərin oxunma sayı : 583




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap