Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sabirabadlı Hikməti “Lotu Quli“ öldürtdürüb? - İDDİA

Tarix 28.10.18, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


"Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifovun Türkiyədə ikinci dəfə saxlanılmasından sonra Rusiya kriminal avtoritet barədə tələbini yenidən gündəmə gətirib.

AzFakt.com yenicag.az-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi İnterpola "qanuni oğru”nun axtarışda olduğunu xatırladaraq ekstradisiyasını istəyib.

Məsələ burasındadır ki, Rusiya oktyabrın 8-də "Quli”nin birinci dəfə İstanbulda saxlanılmasından sonra da İnterpola ekstradisiya barədə sənədləri təqdim edib. Lakin bu tələbə heç bir cavab verilməyib.

Bu zaman "Quli” Rusiya ərazisində çoxsaylı cinayət əməllərilə bağlı yerli KİV-lərdə dərc olunan məlumatlara görə və 2016-cı ildə Türkiyədə əsas rəqibi Rövşən Lənkəranskini öldürməkdə günahlandırılırdı. Lakin bir gün sonra "Quli” azadlığa buraxılmış, barəsində çıxarılan deportasiya qərarı isə ləğv edilmişdi.

22 oktyabrda "Quli” ikinci dəfə Türkiyədə saxlanıldıqdan sonra Rusiya DİN-i yenidən ekstradisiya tələb etdi. Məlumata görə, Rusiya artıq bir ildən çoxdur ki, Səlifovu insan oğurluğunda və zorla pul tələb etməkdə ittiham edir. Lakin o, bantizimdə də günahlandırıla bilər.

Mənbənin məlumatına görə, "qanuni oğru” Rusiyaya təhvil verilsə, DİN onun barəsində iki köhnə ölüm işini də qaldıracaq. Söhbət əsasən, "qanuni oğru”lar Hikmət Muxtarov (Hikmət Sabirabadski) və Çingiz Axundovdan (Çingiz Sedoy) gedir.

Bu iki "qanuni oğru” "sxodka”lardan birində "Quli”ni "tac”dan məhrum etməyi də bacarıblar. Lakin bu qərarı qəbul etməyən "Quli” Azərbaycan "koloniya”larında kriminal həyata tam nəzarəti qoruyub saxlayıb.

Qeyd edək ki, 2006-cı ildə Muxtarov Moskvada naməlum şəxslər tərəfindən güllənərək öldürülüb. Qısa zaman sonra Çingiz Axundovun da həyatına son qoyulub. Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanlarının əlində hər iki cinayətin "Quli”nin göstərişi əsasındə törədildiyinə dair materiallar var.



Xəbərin oxunma sayı : 601




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap