Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Sahibkarların kreditləri ilə bağlı təkliflər hazırlanır – Deputat yeni güzəştlərdən danışdı

Tarix 22.04.19, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


“Ümumiyətlə, problemli kreditlərlə bağlı təkliflər var. Bizim də təkliflərimiz var. Amma əsas məqsəd hüquqi şəxslərlə əlaqədardır. Çünki Azərbaycanda iki devalvasiyadan sonra hüquqi şəxslər, sahibkarlar da çox böyük əziyyət çəkiblər”. 

AzFakt.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, sahibkarların hüquqlarının müəyyən qədər bərpası üçün göstərişlər var:

“Hətta aldığım məlumata görə, cənab prezidentin göstərişi var. Maliyyə qurumları bu işlə əlaqədar müəyyən təkliflər hazırlayırlar. Nə vaxt prezidentə təqdim olunacaq, baxılacaq onu deyə bilmərəm. Özümüzün də müəyyən təkliflərimiz var. Təklifləri hazırlamışıq, yəqin ki, bu yaxınlarda təqdim edəcəyik. Bu təkliflərə baxılmasının tərəfdarıyıq. Doğrudur, 10 min dollara qədər fiziki şəxslərlə əlaqədar kreditlərə güzəştlər edildi. Amma sahibkarlar da çox böyük ziyana düşüblər”. 

V.Əhmədov hansı güzəştlərin nəzərdə tutulduğunu qabaqcadan demək istəmədiyini bildirib: “Çünki təkliflər müxtəlifdir, müəyyən variantlar var. Hansı qəbul olunacaq, o artıq prezidentin səlahiyyətində olan bir şeydir.

Əsasən, hüquqi şəxslərlə əlaqədardır. Bizi narahat edən odur. Azərbaycanda sahibkarlığın inkişafına təkan vermək üçün ziyana düşmüş hüquqi şəxslərin müəyyən yardıma ehtiyacları var. 

10 min dollara qədər kreditlərə görə kompensasiyaların verilməsi qurtarsın, görək nəticəsi necə olacaq. Buna baxmaq lazımdır. Ondan sonra bu məsələyə diqqət yetiriləcək”. 

V. Əhmədov 10 min dollardan çox krediti olanlarla bağlı petisiyanın yaradılmasının təsirindən də danışıb: “Hər şeyin bu məsələlərə təsiri ola bilər, həmçinin petisiyanın da. Mən belə hesab edirəm ki, petisiya da müəyyən qədər təsir göstərə bilər. Bu məsələlərə  çoxdan baxılır. Biz Milli Məclisdə nə qədər bu problemlərə toxunmuşuq. Təkliflərimiz olub, müəyyən hissəsi qəbul olunub. Hesab edirəm ki, bu proses davam edir. Yəqin ki, müəyyən variantlar üzərində iş gedir. Onlara baxılacaq”. 



Xəbərin oxunma sayı : 583




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap