Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sahil Babayev 190 manatdan danışdı: “Təkrar yoxlamadan sonra bu ödənişlər olunacaq”

Tarix 07.08.20, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək: "Ödənişlər təkrar yoxlamalar keçirildikdən sonra veriləcək. Ümumilikdə birdəfəlik ödəmə proqramı üzrə yönəldilən vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq ki, bunun da 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək".

O bildirib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib: "Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır".

S.Babayev həmçinin xatırladıb ki, işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsi genişlənəcək: "Həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanan qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, bu il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək".



Xəbərin oxunma sayı : 1957




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap