“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sakinlərin həyatını alt-üst edən hadisə: “Körpələrim suyun içində batırlar“

Tarix 13.02.26, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Hökməli qəsəbəsi, Elşən Müslümov küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Onlar yaşadıqları küçənin bərbad vəziyyətdə olmasından, eləcə də kanalizasiya sularının evlərə axmasından şikayətlənirlər.

Sakinlərdən birinin sözlərinə görə, problemlə bağlı müraciət etdiyi qurumlar məsuliyyəti üzərindən atır: "Hara müraciət edirəmsə, deyirlər ki, bu ərazi bizim balansımızda deyil. Bələdiyyəyə ərizə yazıb vermişəm, amma baxan yoxdur. Evdə körpələrim var, suyun içində qalırıq".

<iframe width="640" height="360" src="https://www.youtube.com/embed/tpF_K4pkDpU" title="“Körpələrim suyun içində batıb gedir” - Sakinlərin həyatını alt-üst edən dəhşətli hadisə - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Digər bir vətəndaş isə qəsəbədə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: "Bu qəsəbədə vəziyyət, həqiqətən də, çox pisdir. Nə yol var, nə də kanalizasiya. Yağış yağanda insanlar əziyyət çəkirlər. Yayda isə üfunətdən tərpənmək olmur".

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə kanalizasiya şəbəkəsində yaranmış tıxac İdarənin qəza qrupu tərəfindən aradan qaldırılıb. Bildirilib ki, bu kimi halların əsas səbəblərindən biri əhali tərəfindən bərk cisim və məişət tullantılarının kanalizasiya şəbəkəsinə atılmasıdır.

Elşən Müslümov küçəsindəki palçıqlı yollarla bağlı isə Abşeron Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, sözügedən küçəyə bitişik yolların təmiri Hökməli bələdiyyəsinin planına daxil edilib və qısa müddət ərzində yolun asfaltlanmasına başlanılacaq.

<iframe width="640" height="360" src="https://www.youtube.com/embed/tpF_K4pkDpU" title="“Körpələrim suyun içində batıb gedir” - Sakinlərin həyatını alt-üst edən dəhşətli hadisə - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>




Xəbərin oxunma sayı : 1165




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap