Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Salyanda qətl törətmiş keçmiş polis əməkdaşı Macarıstanda gizlənir

Tarix 14.01.17, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən keçmiş polis əməkdaşının hansı ölkədə gizləndiyi məlum olub.

2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun Macarıstanın Budapeşt şəhərində gizləndiyi müəyyən olunub.

Hazırda Azərbaycanın hüquq-mühafizə orqanları həmin ölkənin aidiyyəti qurumları ilə onun saxlanılması istiqamətində danışıqlar aparır.

Qeyd edək ki, Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.

Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Salyan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R.Cavadov E.Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.

R.Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.

E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.

Bir neçə gün əvvəl R. Cavadovun hərbi xidmətdə olan oğlu Ağacavad Cavadzadə ordudan geri çağırılaraq həbs edilib. O Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirilir.



Xəbərin oxunma sayı : 106




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap