Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Salyanda yük maşını taksinin üstündən keçdi: ölənlər var

Tarix 13.01.19, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün günorta saatlarında Bakı-Qazax yolunun 36,5 km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

AzFakt.com vitualaz.org-a istinadən xəbər verir ki, Salyan rayonunun "Qalalı” massivində yaşayan İsmayıl adlı şəxsin idarə etdiyi "Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaşının sürücüsü və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb.

Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Daewo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən "KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə "KamAZ” taksinin üstündən keçib.

Hazırda hadisə yerində hüquq-mahafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.



Xəbərin oxunma sayı : 193




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap