Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Samir Şərifov və müavini istefaya göndərilir – Daha bir epoxa bitir

Tarix 02.04.18, 5:44

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 11-də keçiriləcək Prezident seçkisindən sonra yeni komandada yer almayacaq nazir və komitə sədrlərindən bəzilərinin adları bəlli olub.

Bu barədə GunAz.org-a mötəbər mənbələrdən məlumat verilib.

Məlumatda deyilir ki, İlham Əliyevin yeni komandasında yer almayacaq nazirlərdən maliyyə naziri Samir Şərifovdur. Artıq seçkidən sonra hakimiyyət Şərifov epoxasına son qoyacaq.

Buna səbəb nazirin adının Eldar Mahmudov, Cahangir Əsgərov və “MTN işi”ndə hallanması, ölkənin ciddi maliyyə böhranına yuvarlanması amilləridir.

Mənbə bildirib ki, Şərifovla yanaşı, müavini – ictimaiyyətdə və hakimiyyət dəhlizlərində “Gədəbəy qruplaşması”nın rəhbəri kimi tanınan Azər Bayramov da yola salınacaq.

Məlumatda bildirilir ki, bu şəxsləri hakim klanlardan biri hələ ki qoruyur, amma bu epoxaya seçkidən dərhal sonra son qoyulacaq, yəni hökumətin yeni tərkibində bu adamlar yer almayacaq. Hətta Samir Şərifov və Azər Bayramovun məsuliyyətə cəlb edilməsi də istisna edilmir.

Mənbə deyib ki, yeni tərkibdə xeyli sayda xaricdə təhsil almış gənc təmsil olunacaq. Bu da hakim komanda da bir neçə nazir və komitə sədrinin istefaya göndərilməsi anlamına gəlir.

Mövzunu diqqətdə saxlayacağıq.



Xəbərin oxunma sayı : 1411




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap