Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Samir Şərifovun komandasına təhlükə artır

Tarix 24.04.17, 4:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Beynəlxalq Bankında (ABB) yaşanan qalmaqal və manatla bağlı təlatümlərdən sonra cəmiyyətin və medianın diqqətindən düşməyən maliyyə naziri Samir Şərifov artıq bir çox məsələlərə müdaxilədən kənarlaşdırılıb.

Reyting.az-ın məlumatına görə, bu ilin yanvarından etibarən Samir Şərifov həm manatla bağlı məsələyə, həm də Beynəlxalq Bankdakı proseslərə əvvəlki tək müdaxilə edə bilmir.

"Maliyyə naziri ölkənin maliyyə fəaliyyətində əsas rol oynayan şəxs olsa da, artıq onun rəhbərlik etdiyi nazirlik manatın taleyi ilə bağlı hər hansı rəy və ya qərar vermək hüququndan uzaqlaşdırılıb. Bu proseslə artıq Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank birlikdə məşğul olur. Yəni Samir Şərifov əvvəlki kimi müzakirələrdə iştirak etmir. Belə vəziyyət Beynəlxalq Bankın idarə olunmasında da yaşanır",-deyən maliyyə qurumlarındakı mənbə bildirib ki, ABB-də Cahangir Hacıyevdən sonra Samir Şərifovun təqdimatı ilə bankın İdarə Heyətinə sədr təyin edilən Elmar Məmmədovun yarıtmazlığı da adıçəkilən naziri çətin vəziyyətlə üzləşdirib: "Amma bu dəfə Samir Şərifov və onun kadrının yarıtmaz fəaliyyətinə dözüm nümayiş etdirilməyib".

Məlumatda qeyd edilir ki, Elmar Məmmədov Xalid Əhədovla əvəzləndikdən sonra Samir Şərifov ABB-yə Cahangir Hacıyevdən sonra tam gücü ilə təsir etmək imkanından məhrum olub:

"Bildiyimə görə, ABB-nin yeni sədri Xalid Əhədov ABB-nin Müşahidə Şurasında Maliyyə Nazirliyini təmsil edən rəhbər şəxsləri də "diplomatik ustalıq"la prosesdən təcrid edib. Məhz bu amil Samir Şərifovla yanaşı, onun ABB-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyan müavini Azər Bayramovu qorxuya salıb".

Çox güman ki, Azər Bayramovun etimadı itirməsinə səbəb həm də Cahangir Hacıyevin dövründən yığılıb qalmış milyon manatlarla problemli kreditlərin ayrılmasında önəmli rol oynamasıdır (hərəkət və ya hərəkətsizliyi ilə). Lakin indiki situasiya, yəni Maliyyə Nazirliyinin ABB-nin səhmlərinin əsas hissəsinə sahib olması onu bankdakı vəzifəsində hələ ki qoruyur:

"Ancaq Azər Bayramovun da hökmranlığının uzun sürəcəyinə inanmıram. Baxmayaraq ki, o, adını çəkmək istəmədiyim bəzi nüfuzlu qrupa söykənərək, vəziyyətdən çıxacağını düşünür. Lakin bunun belə davam edəcəyi inandırıcı deyil. Artıq Samir Şərifov və onun "maliyyə bosları"ndan ibarət qrupunun başı üzərindən əsən qorxulu külək daha da şiddətlənir",-deyə mənbəmiz qeyd edib.

Məlumata görə, bütün bunlarla yanaşı, Maliyyə Nazirliyinin rəhbər şəxslərini "dalan"a dirəyən başqa faktlar da var. Ehtimal edilir ki, adıçəkilən nazirliyin büdcə təşkilatlarına ayrılan vəsaitlərə nəzarət "şapka" siyasəti üzərində aparılır:

"Azər Bayramova bağlı olan nazirliyin müvafiq xidmət rəhbərləri və Xəzinədarlıq idarələrinin rəisləri büdcə təşkilatlarının hesablarına ciddi nəzarət edir, pul daxil olması və çıxarılması prosesini illərdir davam edən "sistem"lə yönləndirirlər. Məsələn, Azər Bayramovun həmyerlisi olan 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin başda Müdafiə Nazirliyi olmaqla, bir çox şirkətlərin başına hansı oyunlar açması zaman-zaman medianın da işıqlandırdığı məsələlərdən olub. Və yaxud Azər Bayramovla birlikdə hərəkət edən Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun büdcə təşkilatlarında hansı "prinsip"lərlə yoxlama aparması haqqında çox ciddi məlumatlar var".

Bayramov-Yusifov birliyinin ölkənin təhsil sektorunda nələrə əl atdıqları isə başqa bir araşdırma mövzusu olduğu bildirilir.

"Ancaq bilin ki, yoxlamalar, hesablara pul köçürülməsi, eyni zamanda, dövlət ehtiyacı üçün alınan ərazilərə ödənilən kompensasiya prosesində elə oyunlar oynanılır ki, bütün bunlar Samir Şərifovun gec-tez üzləşəcəyi çox ağır faktlar olacaq",-deyə mənbəmiz fikrini tamamlayıb.



Xəbərin oxunma sayı : 1780




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap