“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Samir Nuriyevin rəhbərlik etdiyi daha bir İşçi Qrupu toplandı: nələr müzakirə olundu? - FOTO

Tarix 15.09.21, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun növbəti onlayn iclası keçirilib.

AzFakt.com xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda işğaldan azad edilmiş ərazilərin planlaşdırma sənədlərinin hazırlanması, regiondakı yaşayış məntəqələrinin yenidənqurması, zəruri infrastrukturun yaradılması və yerli əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib.

Bildirilib ki, planlaşdırma sənədlərinin təyin olunmuş müddətdə hazırlanaraq başa çatdırılması üçün işğaldan azad olunmuş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan işlərin əlaqələndirilməsi, məlumat mübadiləsi vacib məsələlərdəndir.

İclasda Ağdam şəhərinin Baş planına əsasən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, o cümlədən digər şəhərlərin Baş planlarının hazırlanması istiqamətində müzakirələr aparılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə inteqrasiya olunmalı qurumlar üzrə hesabat təqdim edilib.

Onlayn toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən mühəndis kommunikasiya və nəqliyyat infrastrukturu layihələri, digər sahələrdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, məsələlərin birgə həlli yolları təhlil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Açıklama yok.



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap