Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sarı əjdaha Almaniya şirkətlərini ələ keçirir –Təhlil

Tarix 18.11.16, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Onlar narıncı rəngdədir, dəqiq və səliqəli işləyir, ağır və çətin işlərin öhdəsindən gəlir, hər cür havada çalışa bilər, yalnız proqramlaşdırıldığını edir və göstərişlərə heç vaxt etiraz etmir. Robotların adı Kuka-dır və xeyirah, qədim Bavariyanın Auqsburq şəhərindəndir. Lakin almanların bəd dili deyir ki, onlar çinlilərə çox bənzəyir.

İstənilən halda, mötəbər, qədimdən alman zavodu Kuka-nın robotları gələcəyin təmsilçisidir. Və onların sahibi çinlilərdir. Çindən Midea Group şirkəti Kuka səhmlərinin 70%-i alıb – bu, çinlilərin Almaniyada təkcə bu ilki 40 ən yaxşı nailiyyətindən biridir. Bu sövdə alman işgüzar dairələrini eyni dərəcədə dəhşət və hiddətdən sarsılmağa məcbur edib.

 
Əyri rəqabət


Çünki Almaniya və Çin sənaye dairələri arasında görkəmli tərəfdaşlıq kimi başlanan proses hazırda getdikcə daha çox əyri və çinlilər tərəfdən ziyan gətirən rəqabəti xatırladır. Onlar alman sənayeçilərə əlverişli şəraitə oxşar və fövqəldövlətdə gəlirli bazarda möhkəmlənməyə kömək edəsi heç nə verməyə hazır deyillər.

Çin  əvvəllər hələ heç vaxt bu ilki qədər Avropa müəssisəsi əldə etməmişdi. Almaniyada və Avropanın digər əksər ölkəlrində qorxurlar ki, Avropa gələcəyimizi təmin etməli olan texnoloji konsernlərdən və sənaye nəhənglərindən məhrum olmağa yaxındır. Və Çin kütləvi alqılar sayəsində təkcə ticarət nüharibəsində deyil, həm də strateji və hərbi məqsədlər üçün özünə üstünlük təmin etməkdə istifadə olunacaq mühüm məlumatlara çıxışını təmin edir.


Donald Trampın irəli sürdüyü ittihamlarla razılaşırlar


Donald Trampın ABŞ-da seçkiqabağı kampaniya dövründə şərqin ünvanına irəli sürdüyü ittihamla, xüsusən də onun, yumşaq şəkildə desək, Çini “valyuta manipulyatoru” adlandırması və Çindən idxal edilən mallara 45% ƏDV tətbiq etmək hədəsi ilə əksəriyyət razılaşır. Bununla belə, Donald Trampın bu həftə etdiyi telefon zənglərindən biri Çin lideri Si Szinpinə zəng idi. Bundan sonra mətbuat üçün məlumatda ABŞ-ın malik olduğu “ən etibarlı münasibətlərdən biri”ni tərifləyib. Almaniyada çinlilərə münasibətə də bu cür mühüm önəm verirlər. Angela Merkel Çinə səfər etməyi çox xoşlayır: Almanaiyanın kansleri olduğu 11 ildə Çində 9 dəfə olub. Almaniya vitse-kansleri, həmçinin iqtisadiyyat naziri Ziqmar Qabriel təzəlikcə Çində olub, almanların əndişəsinə anlayışla yanaşmağı xahiş edərək beş gündə bütün ölkəni dolaşıb. Angela Merkelin özünün bu ilin yayında bu ölkəyə səfər zamanı səsləndirdiyi əndişələri:

“Almaniya özünə həmişə yatrımlara, o cümlədən Çin şirkətləri üçün  açıq bazar kimi baxıb. Buna görə də Çin tərəfdən də beləcə açıqlıq gözləyirik”.
 
Çinə yatırım qoymaq çətindir

Bu mülayim və nəzakətli istək vitse-kansler Qabrielin bu ayın əvvəlində Çinə səfərində dəfələrlə təkrarlanıb. Lakin bu, gerçəklikdən uzaqdır. Görünür, əksinə, Avropa şirkətləri istehsalat gücünün izafi və firmaların yaradılması ilə bağlı dolaşıq hüquqi şərtlərin olduğu Çinə yatırımdan çəkinir. AB Ticarət Palatasının iyuna olan məruzəsindəki məlumatlara görə, Avropa şirkətlərinin yalnız 47%-i fəaliyyətini Çinə yaymağı planlaşdırır. Oxşar rəqəm keçən il 56 %, 2013-cü ildə isə tam 86% təşkil edib. O zaman Çin yerüzündə biznes üçün ən isti yer idi, hazırda durum birbaşa əksinədir və ölkədən fasiləsiz axınla Çin pulu axışır.

Almaniya ölkə iqtisadiyyatı və böyük ixracatla səsləşməyən və uğurun sirrinin tərkib hissəsi olmayan müəssisələrə Çin investisiyalarına şaddır. Nazik sifariş kitabları olan alman şirkətləri üçün çinli alıcılar gözlənilən qonaqdan da üstündür, çünki artıq Çin bazarının təkcə gücü üzündən bilinir ki, sifarişlər olacaq. Çin dünya iqtisadiyyatının istehsal etdiyinin üçdə birini istehsal edir. Buna görə də Çin yatırımları almanlara həmişə iş yeri təmin edir. Avtomobil sənayesi üçün detallar təklif edən və 2011-ci ildə Çinin “Misch-koncern”inə keçən “SaarGummi” zavodu istisna olmaqla. Çinin müəssisə və yaxud şirkət alması həmişə iş yerlərinin saxlanmasına xeyir edib.

Volkswagen üçün əhəmiyyətlidir

Çin alman iqtisadiyyatı üçün vacibdir. Məsələn, keçən ilki dizel mühhərrikləri ilə bağlı qalmaqaldan sonra problemlər yaşayan Volkswagen avtonəhəngi gəlirinin böyük hissəsini Çin bazarından əldə edir. Və buna baxmayaraq: almanlar hiss etdilər ki, kifayətdir. Ölkə hökuməti sentyabrda sövdənin həyata keçmə lisenziyasını ləğv edərək Çinin Fujian Grand Chip Investment Funds şirkətinə Aixtron texnoloji konsernini 670 milyon avroya almaq imkanı verməyib. Ziqmar Qabriel bununla yanaşı Almaniyanın əsas texnologiyalarını əcnəbi alıcı və maraqlardan necə qorumalı olduğuna nisbətdə tövsiyələr hazırlayacaq şura yaradıb. Hər iki addım Çində çox böyük hiddət doğurub. ABŞ-da isə bu addımlar böyük sevinclə qarşılanıb, çünki Almaniya və Çin arasında sənaye ilişkilərinin hədsiz dərəcədə sıxlaşması orada narahatlıq doğurur. Xüsusən də Aixtron kimi firmaların hərbi sənayedə də istifadə oluna biləcək komponentləri satacağı halda.

AB-nin mövqeyi necədir?

AB-nin çinli alıcılara münasibətdə hansı mövqeyi tutacağı Almaniya üçün həlledici əhəmiyyət kəsb edir. Almaniya biznes dairələri və Ziqmar Qabriel çox istəyərdilər ki, AB ölkələrində texnoloji müəssisələrin xarici alqısının nizamlanmasını AB öz üzərinə götürsün ki, sövdələşmələr AB-dəki qaydalarla həyata keçirilsin, ya da Almaniya biznesinə də bu cür imkanlar təqdim olunsun. Ziqmar Qabriel Çinə səfəri zamanı qeyd edib ki, digər ölkələrdə alqının arxasəında dövlətin durduğu halda tamamilə özəl şərtlər qüvvədə olmalıdır, lakin qəbul edən ölkənin adını konkret şəkildə çəkməyib.


Qətər də VW səhmlərinə sahibdir

Almaniya üçün durum həm də ona görə qəlizləşir ki, daha bir dövlət – Qətər Volkswagen konserninin səhmlərinə malikdir və bu sanki alman hökumətini heç vaxt narahat etmirdi. Amma AB öz mövqeyini heç cür aydınlaşdırmadığından vəziyyət daha da yaxşı olmur. AB-nin bir neçə Şərqi Avropa ölkəsi Brüsseldən gələn qeyri-müəyyən qaydalar məcmusuna görə problemlər yaşayır və AB ilə deyil, Çinlə ticarətə üstünlük verir.

Komissiya məlumat verib ki, məhdudiyyətlərin tətbiqi – məsələn, Çinə dair – hazırda planlaşdırılmır. Bu – Çinin AB-də kommersiya statusunun necə olacağını müəyyənləşdirmək ümumən çətindir, lakin bununn növbəti ayda ediləcəyi vəd olunub.

Siemens-in texniki direktoru Ziqfrid Russvurm bu günlərdə "Hamburger Handelsblatt” qəzetində tam aydın çağırışla çıxış edib: “Tamamilə aydın şəkildə etiraf etməyin zamanı yetişib ki, Çinin inkişaf etməkdə olan ölkə olduğu dövrlər arxada qalıb”.

Bununla belə, hələlik hər şey ona işarə edir ki, durum dəyişilməyəcək. Səfər zamanı Ziqmar Qabrielin dürüst ifadə etdiyi kimi, Çin əvvəlki tək – aşağı əməkhaqqı və az məsrəflər üzündən –“kainat fabriki” olaraq qalacaq. Alman şirkətlərinin Çinə yatırım qoyması əvvəlki kimi çətin olacaq, halbuki Çin şirkətləri daha çox alman müəssisəsini ələ  keçirməyə cəhd edəcək.

 
Erik Yensen

Politiken (Danimarka), 18.11.2016

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 115




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap