Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sarımsağın “su” qiymətinə satılmasının səbəbləri

Tarix 25.10.18, 11:00

Font ölçüsü : - / +
bitmap-img6

KTN rəsmisi: “Məhsulu emal edib satmaq daha qazanclıdır”

Tarixən Azərbaycanda sarımsaq, soğan, acı bibər kimi bitkiləri hər adam torpağında yetişdirməyib: düşəri-düşməzi olar deyə. Hətta insanlar bir-birina qarğış edəndə “yurdunda sarımsaq əkilsin” deyib. Amma bu il nə bu deyim, nə də düşər-düşməz qorxusu insanları bol sarımsaq yetişdirməkdən saxlamayıb. Ölkədə sarımsağın görünməmiş bolluğu və qiymət ucuzluğu yaşanır.

Ötən il Azərbaycanda 21 min 541 ton sarımsaq istehsal olunub. Ümumiyyətlə, son onillikdə ölkədə sarımsaq istehsalı təxminən 19-23 min ton arasında dəyişib. Bu ilin istehsal göstəricisi açıqlanmasa da, məhsulun hədsiz dərəcədə bol olduğu hamıya məlumdur. Səbəb həm əkin sahələrinin genişləndirilməsidir, həm də məhsuldarlığın yüksək olması. İstehsalın nə qədər artdığını təsəvvür etmək üçün bir rayonun göstəricilərinə diqqət yetirmək kifayətdir. Belə ki, ötən il Neftçala rayonunda cəmi 11 ton sarımsaq yetişdirilibsə, bu il bu göstərici 206 ton təşkil edib. Yəni artım 18 dəfədən çoxdur.

Dövlət məhsulun bol olmasını nəzərə alaraq sarımsaq idxalına əlavə rüsum tətbiq edib. Nəticədə Azərbaycanın ən çox sarımsaq idxal etdiyi Çindən ötənilki 1285,63 tona qarşı bu ilin birinci yarısında bir kiloqram belə məhsul idxal edilməyib. Qeyd etdiyimiz dövrdə cəmi sarımsaq idxalı 12 ton təşkil edib.

Məhsulun bolluğu qiymətlərin kəskin enməsinə səbəb olub. Belə ki, ötən il ərzində sarımsağın satış qiyməti hər kiloqram üçün 5-6 manat arasında olubsa, hazırda bu qiymət 50-60 qəpik təşkil edir. İstehsalçıların qiymətlə bağlı gözləntiləri ciddi şəkildə fərqli olduğu üçün sarımsaq yetişdirən fərdi təsərrüfatlar və fermerlər xəyal qırıqlığı yaşamaqdadırlar. Rayonlardan aldığımız məlumata görə, məhsulun xaricə ixracında da bəzi problemlər yarandığı üçün istehsalçılar əllərindəki sarımsağı sata bilmirlər. Sarımsaq xüsusi saxlanma rejimi tələb edən məhsul olduğu üçün çoxlarının onu tələbatın artdığı qış aylarınadək saxlamaq imkanı yoxdur. Buna görə də yaranmış problem ölkə mediası və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Maraqlıdır ki, istehsalla yanaşı, sarımsağın ixracı da artır. Lakin bu artım məhsulun qiymətinə elə də təsir göstərmir. Bu ilin birinci yarısında Azərbaycandan Rusiyaya 272,58 ton sarımsaq ixrac olunub. Bu, ölkə üzrə ümumi sarımsaq ixracının 60 faizindən çoxu deməkdir. Belə ki, birinci yarımildə Azərbaycandan xaricə cəmi 390,60 ton sarımsaq satılıb. Bundan ixracatçılar 465,92 min dollar gəlir əldə ediblər. Ötən il isə Azərbaycandan ixrac edilən 342,74 ton sarımsağın 342,69 tonu Rusiyaya aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov ile ilgili görsel sonucu

Yaranmış vəziyyətdə istehsalçılar yenə dövlətdən dəstək umurlar. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov da bildirir ki, fermerlər bu il sarımsağın bazar qiymətinin ucuz olması səbəbindən istədikləri səviyyədə gəlir əldə edə bilmədiklərini deyirlər: “Bununla bağlı istər sosial mediada, istər onlayn mediada məlumatlar yer alır. Kənd Təsərrüfatı Nazirliyi olaraq biz heç bir məhsulun qiymətinin müəyyənləşməsində iştirak etmirik. Qiymətlər tələb-təklif qanunu əsasında bazarda formalaşır. Bu il sarımsaq sahələrində yüksək məhsuldarlıq olduğuna görə məhsulun qiyməti ucuzlaşıb. Ötən il bazarlarda sarımsağın bir kiloqramının pərakəndə satış qiyməti 5-8 manat olub, bu il isə bu rəqəm 5 dəfə aşağıdır”.

KTN rəsmisi deyir ki, səbəb həm də fermerlərin planlı əkin aparmamasındadır: “Bir qayda olaraq fermerlər bu il baha olan məhsulu əkməyə üstünlük verirlər. Məsələn, əgər bir il pomidor bazarda baha olubsa, gələn il hər kəs pomidor əkərək, daha çox gəlir əldə etmək istəyir. Nəticədə məhsul bollaşır, qiymət ucuzlaşır və fermer zərər edir. Kənd Təsərrüfatı Nazirliyi bu problemin planlı əkinin həyata keçirilməsi yolu ilə aradan qaldırıla biləcəyini düşünür. Prezident İlham Əliyevin fərmanı ilə nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb və bu mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri daxili və xarici bazarları tədqiq edərək, fermerlərə hansı məhsulu əkərək daha çox qazanc götürə biləcəyi barədə tövsiyələr verməkdir. Məsələn, aparılan tədqiqatlar nəticəsində gələn il daxili bazarda və kənd təsərrüfatı məhsulları ixrac etdiyimiz əsas bazarlarda ”X" məhsula daha çox tələbat olacağı müəyyənləşsə, fermerlərə həmin məhsulu becərmək tövsiyə olunacaq. Amma digər bir məsələ var. Sarımsaq və ya digər məhsul emala yönəldilsə, fermer daha çox qazanc əldə etmək imkanı qazanar. Bu gün dünya qida sektorunda sarımsaq tozuna ciddi tələbat var. Hazır məhsulu emal edərək sarımsaq tozuna çevirməklə həm məhsulun xarab olma problemi aradan qalxar, həm də ixrac potensialı yüksək olan yeni məhsul istehsal etmiş olarıq. Ən nəhayət, sarımsaq niyə ən azı Rusiya bazarına ixrac edilmir? Bununla bağlı apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda istehsal olunan sarımsaq Rusiya bazarında Özbəkistan sarımsağına istər dequstasiya indeksinə, istərsə kalibr göstəricilərinə görə uduzur. Deməli, fermer hər hansı məhsulu becərərkən daha yaxşı, rəqabətə davam gətirə biləcək sortlara üstünlük verməlidir. Belə olarsa, fermer indiki problemlərlə üzləşməz".

“Yeni Müsavat”




Xəbərin oxunma sayı : 220




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap