Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sarkisyan meydanı “vor zakon“lara verib

Tarix 03.05.17, 0:47

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda 2 aprel seçkisindən əvvəl kriminal qruplaşmaların üzvləri həbsdən azad edilib. Bu barədə “Joxovurd” məlumat yayıb

Nəşrin yazdığına görə, Ermənistanda keçirilən seçkilərin "təşkili" zamanı kriminal ünsürlərin ciddi rola malik olduqları heç kimə sirr deyil.

Onlar seçki məntəqələri ətrafında Respublikaçıların xeyrinə səslərin toplanması üçün seçicilərə müxtəlif üsullarla təsir göstəriblər. Bununla yanaşı, hakimiyyət orqanları həbs edilən şəxslərin siyahısını tərtib edib, onların bir hissəsini Respublikaçıların xeyrinə səs vermək üçün azadlığa buraxıb.

Aparılan sorğu nəticəsində aydın olub ki, 2016 və 2017-ci illər fevralın 1-dən martın 31-ə kimi həbs edilən məhbusların bir hissəsi şərti, əfv və digər yollarla azadlığa buraxılıb.

Ötən il 79 nəfər, bu il isə 112 nəfər azadlığa buraxılıb. Bundan başqa, “Joxovurd”un verdiyi məlumata görə, bu il 19 nəfər vaxtından əvvəl azad edilib, 3 nəfərin isə günahı bağışlanıb.

KİV bildirir ki, Respublikaçıların hakimiyyəti xalqın irədəsi ilə deyil, cinayətkar elemetlərlə, kriminal vasitələrlə formalaşdırılıb.

Təsadüfi deyil ki, Ermənistan "qanuni oğru”ların toplantı keçirməsi üçün azad ölkəyə çevrilib və dünyanın müxtəlif kriminal nümayəndələri bu və ya digər şəkildə Ermənistan hakimiyyəti ilə sıx təmaslara malikdirlər.(azvision.az)



Xəbərin oxunma sayı : 142




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap