Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Saxta sağlamlıq arayışı verən “General Hospital“ cəzalandırıldı - Rəsmi açıqlama

Tarix 08.06.26, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvəl "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayılmışdı. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başlamışdı.

AzFakt.com xəbər verir ki, AEM-dən "Unikal"a bildirilib ki, cari ilin may ayında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 1/9 ünvanda yerləşən "SEYMUR-M" MMC-yə məxsus "General Hospital" adlı özəl tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama keçirilib:

"Xidməti yoxlama zamanı aşkar edilən inzibati xəta faktı rəsmiləşdirilərək (lisenziya olmadan cari praktik özəl tibb fəaliyyəti ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib) növbəti icraata göndərilib", - deyə cavabda qeyd olunub.

Əlavə edək ki, İXM-in sözügedən maddəsinə əsasən, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilirlər.



Xəbərin oxunma sayı : 979




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap