Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Seçicilər İmamverdi İsmayılovdan üz döndərir – Etiraz

Tarix 28.01.20, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


Növbədənkənar parlament seçkiləri təyin olunanda 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin seçiciləri düşünürdülər ki, nəhayət 25 ildir onlara verdikləri vədləri seçkidən unudub cibində gəzdirdiyi mandatla yalnız özünün və ətrafındakı 5-6 adamın hayına çatan İmamverdi İsmayılovdan canları qurtaracaq. Amma yanılıblarmış. Milli Məclisin buraxılmasına səs verən bir çox həmkarı kimi İmamverdi İsmayılov da növbəti 5 illik mandat sevdasına düşdü. Yenə həmin dairədən, yenə əvvəlki seçkilərdə olduğu kimi, seçicilərinin seçiminə yox, icra strukturlarının dəstəyinə güvənərək ortalığa çıxıb.

Təbliğat-təşviqat kampaniyası başlayan kimi İmamverdi İsmayılov və onun havadarları bu dəfə doğma yurd-yuvalarından məcburi köçkün düşən Qubadlı və Zəngilan rayonlarından olan seçiciləri aldada bilməyəcəklərini başa düşüblər. Ona görə növbəti dəfə mandata iddialı 25 illik deputat və bu məsələdə yardımçı olan icra strukturları müxtəlif vasitələrə əl atırlar. Ayrı-ayrı KİV-lərdə və sosial şəbəkələrdə yazırlar ki, bu mütəşəkkil dəstə seçicilərin seçim hüququnu bir kənara qoyaraq səlahiyyətlərindən sui-istifadə edir, İmamverdi İsmayılovla görüşlərə gəlməkdən imtina edənlərə təzyiq göstərməkdən, hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Bu qanunsuzluqları sübut edən faktlar da var.

Məsələn, Qubadlı rayonu, Qaralar kənd sakini Qədri Sərməsov Media TV-yə açıqlamasında deyib ki, onları 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən YAP-ın namizədi İmamverdi İsmayılova səs verməyə Qubadlı Rayon İcra Hakimiyyəti məcbur edir. O, indiyədək deputat İmamverdi İsmayılovun üzünü belə görmədiyini də bildirib.

Məlumatda iddia olunur ki, İmamverdi İsmayılovun qohumu olan Zəngilan məktəbinin direktoru Mais Arifoğlu da bütün müəllimlərə, eyni zamanda bu məktəbdə oxuyan şagirdlərin valideynlərinə indidən ciddi tapşırıq verib ki, ona səs verin.

Digər mənbə isə iddia edir ki, Zəngilan rayon icra hakimiyyəti başçısının müavinləri, kənd icra nümayəndələri də seçicilər arasında İmamverdi İsmaylovun lehinə təbliğat kampaniyasına qouşulublar. Onlar seçiciləri guya İmamverdi İsmayılovun xeyrinə büdcədən maliyyələşən təşkilatlarda təbliğat aparmaqdan ötrü yuxarıdan ciddi tapşırıq verildiyini də iddia edirlər. Göstərişlərinə əməl etməyəcəkləri təqdirdə isə hətta hədə-qorxu gəlməkdən belə çəkinmirlər.

Son anda əldə etdiyimiz məlumata görə, Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov da bütün idarə və müəssisələrə İmamverdi İsmayılova səs vermələri üçün göstəriş verib.

25 ildir deputat olan İmamverdi İsmayılov isə seçicilərin ondan üz döndərdiyini bilsə də, deyir ki, “səs verib-verməməyinizdən asılı olmayaraq, onsuz da qutudan mən çıxacağam”. Qubadlı və zəngilanlılar isə bunu özlərinə təhqir kimi qəbul edirlər. Onlar ötən 25 ildə İmamverdi İsmayılov tərəfindən hər seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı vədlər verib, sonradan onları saymadıqlarını iddia edirlər.

Qubadlı və Zəngilandan olan seçicilər isə İmamverdi İsmayılova yenidən mandatı “hədiyyə” etmək niyyətində deyillər. Onların fikrincə, 25 ilin deputatı yalnız “Əsrin lal depuatı” mükafatına layiqdir. Məcburi köçkünlər haqlı olaraq deyirlər ki, İmamverdi İsmayılov deputat olduğu ötən illərdə onları qəbul edib dərd-sərləri ilə maraqlanmayıb, bu bir yana, parlamentdə bircə dəfə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa fikri olduğunu belə söyləməyib. “Biz özünü ziyalı, yazıçı, xalqın adamı sayan İmamverdi İsmayılovun yadına ancaq seçkidən-seçkiyə düşürük. Bu dəfə də bizi aldatmaqla növbəti 5 il üçün mandat almaq istəyir. Biz isə daha layiqli namizədimizə səs vermək, bizi parlamentdə onun təmsil etməsini istəyirik”, – seçicilərin əksəriyyəti belə düşünür.

Qubadlı və Zəngilan seçiciləri bu dəfə səsvermənin nəticələrinin İmamverdi İsmayılovun xeyrinə saxtalaşdırılmasına yol verməyəcəklərini də vurğulayırlar.

Yeri gəlmişkən, mənbələrdən birinin iddiasınca, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı da təbliğat-təşviqat kampaniyasına kobudcasına müdaxilə edərək İmamverdi İsmayılovun yenidən mandat əldə etməsinə çalışır.

P.S. Təəssüf ki, İ. İsmayılov seçicilərin ittihamlarına cavab vermək istəmir.

Onun da məsələyə münasibətinə yer ayırmağa hazırıq.



Xəbərin oxunma sayı : 2530




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap