“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Səbaildə soyğunçuluğa görə iki nəfər saxlanıldı – DİN-dən açıqlama

Tarix 30.11.19, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 29-da DİN-in “102” Zəng Mərkəzinə müraciət edən əcnəbi vətəndaş Səbail rayonu ərazisində pulqabısının oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Müəyyən edilib ki, zərərçəkmişi itələyən şəxslər içində 500 manatı olan pulqabısını arxa cibindən götürərək aradan çıxıblar.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların paytaxt ərazisində kirayədə yaşayan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Muxtarov və Pirallahı rayon sakini İlyas Sultanov olduqları müəyyən edilib.

Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa bu barədə DİN-in “102” Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.



Xəbərin oxunma sayı : 268




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap