Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

SEDET ART-ın yaradıcılıq səfərləri

Tarix 16.05.17, 14:49

Font ölçüsü : - / +
bitmap-img6


May ayının 14-ündə, Uluslararası Aktivist Sanatçılar Birliyinin (UASB) Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başqanı Nəvai Metinin rəhbərliyi ilə fəaliyyət göstərən SEDET ART  rəsm kurslarının bir qrup üzvü respublikamızın Şirvan bölgəsində plener-tədbirdə iştirak ediblər. 2015-ci ildə “Yurdumuzu qarış-qarış gəzək” layihəsinin davamı olaraq keçirilən bu tədbir respublikanın müxtəlif bölgələrində təşkil olunur. 

“Şərq” qəzeti və ARB televiziya kanalının  informasiya dəstəyilə keçirilən bu tədbirdə iştirakçılar canlı təbiət rəsmləri çəkərək, yurdumuzun əsrarəngiz gözəlliklərini ağ kağıza və kətana köçürmüşlər. UASB-nin Azərbaycan təmsilçisi, rəssam Nəvai Metinin sözlərinə görə, “bu tədbir silsilə şəklində davam edəcək və gələcəkdə çəkilmiş bu əsərlərdən ibarət sərgi təşkil olunacaq. Onu da qeyd edim ki, bu tədbirlərə istənilən gənc rəssam qatıla bilər.”
     Tədbirin sonunda SEDET ART rəsm qalereyasında plener-tədbirdə iştirak edən rəssamlara diplomlar təqdim olundu. Təqdimatda tanınmış ziyalılar Mikayıl Bozalqanlı, Ehtiram İlham və Günay Nəriman  öz çıxışlarında SEDET ART-ın fəaliyyətini müsbət dəyərləndirərək, iştirakçılara diplomlar təqdim etdilər.



Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap