“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB

Tarix 15.07.25, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın şikayətçi olduğu şəxs həbs edilib.

Musavat.com xəbər verir ki, sədr xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək barəsində böhtan xarakterli məlumat yayan vətəndaş Kərim Seyidzadədən şikayətçi olub.

Kərim Seyidzadə sosial şəbəkə hesablarındakı çıxışında sədrin onun barəsində ədalətli qərar çıxarmadığını, 500 manat aliment ödəməyə məcbur edildiyini deyib. Sosial şəbəkədəki çıxışlarında daha əvvəlki sədr Qabil Məmmədovu da ittiham edən Kərim Seyidzadə bildirib ki, yeni sədr Gülnar Səfərəliyeva da eyni qanunsuzluqları təsdiq edib.

Kərim Seyidzadə iddia edib ki, hakimlər və sədr onu intihar həddinə çatdırıb və məhkəmə binasında sirkə içib.

Onun intihara cəhd etməsi, məhkəmə binasında sirkə içməsi iddiasının araşdırılması məqsədi ilə ekspertiza təyin edilib. Həkim rəyində onun sirkə içmədiyi qeyd edilib. Lakin Kərim Seyidzadə bununla da razılaşmayaraq həkimlərin sədrin xeyrinə rəy verdiyini bildirib.

Sədr Gülnar Səfərəliyeva qeyd edib ki, 6 ildir çalışdığı məhkəmədə həmişə vicdanlı və ədalətli olub. Onun sözlərinə görə, son bir ildə də sədr kimi çalışdığı məhkəmədə vətəndaşlar incidilməyib, çıxarılan qərarlar ədalətli olub.

G.Səfərliyeva əlavə edib ki, Kərim Seyidzadə sosial şəbəkələrdəki çıxışında məhkəmə hakimləri və onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün cəzalandırılmalıdır.

Kərim Seyidzadə son sözündə dediklərindən peşman olmadığını, söylədiklərinin həqiqət olduğunu bildirib. Məhkəmədən barəsində həbslə bağlı olmayan qərar çıxarmasını xahiş edib.

Kəngərli Rayon Məhkəməsinin hökmü ilə Kərim Seyidzadə 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qərarı çıxarılıb və məhkəmə zalında həbsə alınıb.



Xəbərin oxunma sayı : 1000




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap