Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Səfər Əbiyev Bakıda dincəlir, 3 min manat pensiya alır

Tarix 17.10.18, 11:48

Font ölçüsü : - / +
bitmap-img6


Deputat deyir ki, əlində ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülərin veteranlıq ala bilmələri ilə bağlı sabiq nazirə müraciətlərini “vecinə almayıb”

“Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına oradan-buradan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular”.

Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında deputat Aqil Abbas belə deyib.  O bildirib ki, həmin vaxt  yaxşı döyüşənlər polis işçiləri idi. “Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub.  Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırki müdafiə naziri nə edəcək”.

“Yeni Müsavat” xatırladır ki, general-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. S.Əbiyev 1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək müdafiə naziri postunu tutub.

Sabiq müdafiə nazirinin vəzifədən çıxarıldıqdan sonra ölkədən getdiyi, hətta Çexiya vətəndaşlığı alması barədə iddialar yayılıb ki, bu məlumatlar sonradan təkzib edilib. 

Bu günlərdə isə sosial şəbəkələrdə eks-müdafiə nazirinin  səhhətində problem yarandığı və onun məhz bu səbəbdən müalicə üçün xarici ölkələrin birinə getdiyi bildirilib.

Eks-nazirin dostları isə mediaya açıqlamalarında bildiriblər ki, Səfər Əbiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır. Bildirilib ki, eks-nazir hazırda Bakı şəhərində yaşayır. “Onun səhhətində heç bir problem yoxdur. Səfər müəllim hazırda evində istirahət edir” - deyə, mənbə bildirib.

Yeri gəlmişkən, məlumdur ki, əvvəllər tutduğu vəzifəyə uyğun olaraq sabiq nazir dövlətdən təqaüd alır. Məlumatlı mənbələrin iddialarına görə, keçmiş nazirin təqaüdü də kifayət qədər yüksəkdir. Belə ki, onun 3 min manatdan çox təqaüd aldığı barədə xəbərlər də var.

“YM”



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap