|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...
Tarix 23.07.19, 14:07 |
|
Gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın... - Səfər Mediyevin rəhbərlik etdiyi qurumun növbəti yalanları ifşa edilir...
Ötən həftə PİA.az saytı konkret sahibkarın şikayəti əsasında “Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı – Bazar qiymətlərini müəyyən edir...” adlı yazı dərc etmiş və yazı ictimaiyyətdə geniş rezonans doğurmuşdu.
Yazı dərc edildikdən bir gün sonra isə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, komitənin sədri Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevlə bağlı yayılan ittihamlara qurum rəsmi cavab verib. Və açığı deyək ki, çox tərbiyəsiz üslubda və səriştəsiz hazırlanan cavab bizdə təəssüf hissi doğurmaqla yanaşı haqqlı qəzəb də yaratdı. Çünki bu günə qədər ancaq qanunsuzluqları və ölkə büdcəsinə ziyan vurub ciblərini doldurmaqla bütün ölkədə və ölkə xaricində ad çıxaran, ö cümlədən Azərbaycanın ticarət tərəfdaşlarını ölkəmizdən incik salmaqla məşğul olan, ən kiçik inspektoru belə qeyri-rəsmi milyonerə çevrilən bir qurumun mətbuata və öz qanuni haqqını tələb edən sahibkara qarşı yekəxana davranması və bu zaman təhqiramiz ifadə işlətməkdən belə çəkinməməsi təəccüblü olmasa da hər kəsi qəzəbləndirən bir məsələdir. Yəni öz gözlərində tiri görə bilməyənlərin “kor atın kor nalbəndindən” danışması gülüncdür və biz hesab edirik ki, kimlərsə “kor atın kor nalbəndindən” danışa bilər, amma Gömrük Komitəsi danışa bilməz. Onlar bu haqqa sahib belə deyillər. Hər halda ortaya qoyduqları fəaliyyətlə bunu göstərirlər və onu da qeyd edək ki, bu ölkənin iqtisadi çiçəklənməsinin təməlində duran sahibkarlardan və iş adamlarından fərqli olaraq Gömrük Komitəsində çalışanların qeyri-rəsmi milyonluq sərvətləri məhz dövlət büdcəsindən yayındırılan, yəni bu xalqın sosial rifahından oğurlanan milyonların hesabına başa gəlib.
Pia.az olaraq Gömrük Komitəsinin qeyri-etik açıqlamasını aşağıda cavablayacağıq. Hələlik isə “Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənovun “əlahəzrət faktlara” dayanan cavabını Komtənin və şəxsən cənab Səfər Mehdiyevin diqqətinə cəlb edirik:
Rafayıl Niftəliyevin qanunlardan xəbəri var?
“Rovel Trading şirkətinin rəhbəri olaraq mənim mətbuata verdiyim şikayətə cavab verən Dövlət Gömrük komitəsinin rəsmi cavabına qanunlardan çıxış edərək rəsmi cavab verirəm. Bildiririm ki, həqiqətən “Rovel Trading” şirkəti “Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutordur. Mənim əlimdə Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması ilə rəsmi müqaviləm var. Ancaq müqavilədə göstərilən qiymətlərlə sövdələşmə qiyməti ilə mal alıram.
Gömrük məcəlləsi Maddə 220.1 Malların gömrük dəyəri bəyannaməni həyata keçirən şəxs tərəfindən bu məcəllə və “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzrdə tutulmuş qaydada müəyyən olunur.
Gömrük Tarifi haqqında Qanunda göstərilir:
Maddə 12: Gömrük dəyərini müəyyən etmə üsulları
1.2.1 Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
12.1.1 Malların sövdələşmə qiymət üsulu
12.1.2 Eyni malların sövdələşmə qiymət üsulu
12.1.3 Eynicinsli malların sövdələşmə qiymət üsulu
12.1.4 Dəyərin çıxılma üsulu
12.1.5 Dəyərin toplanma üsulu
12.1.6 Ehtiyat üsulu
12.2 Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Bu üsuldan istifadə etmək mümkün olmadıqda üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərinin əvvəlki üsulunu tətbiq etmək mümkün olmadıqda tətbiq edilir.
Gömrük Tarifi haqqında Qanunda hər şey çox açıq yazıldığı halda mən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev bir neçə sualım var.
Sual 1: Mənim əlimdə müqavilə var və e-qaimə var. Uzun illərdir mən müqavilə ilə sövdələşmə üsulu ilə ölkəyə mal idxal edirəm. Hansı səbəblə qanunu pozaraq siz mənə birinci üsulu tətbiq etmirsiniz? Qanun yazır ki, əsas üsul müqavilə sövdələşmə üsuludur. Ancaq bu müqavilə olmazsa, digər bəndlər ardıcıllıqla tətbiq edilməlidir. Amma siz birbaşa ikinci bəndə keçirsiniz? Bunun səbəini qanuna dayanaraq mənə izah edə bilərsinizmi?
Burdan açıq görünür ki, siz qanunlara tabe olmaq istəmirsiniz və öz qərəzinizə uyğun olaraq mənim biznesimə ziyan vurmaağı qarşınıza məqsəd qoymusunuz.
Sual 2: Dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşdüyünə görə neft məhsullarının qiyməti də ucuzlaşdı. Sizin ölkəyə neft mallrı idxal edən iş adamlarına hansı qiyməti tətbiq edirsiniz? Özünüzün tətbiq etdiyiniz qiymətləri, yoxsa dünya bazarında formalaşan qiymətləri? Mən idxal etdiyim akkumulyatorun tərkibindəki qurğuşunun qiyməti dünya birjalarında 2200 dollardan 1750 dollara düşüb. Sabah qiymət hansı qiymət olsa, həmin qiymətə müqavilə bağlayacam. Demək ki, siz gömrükdə vəzifəli şəxs olaraq qiymətlərin ucuzlaşmasına qarşı çıxırsınız və faktiki olaraq monopoliyanın tərəfdarı kimi çıxış edirsiniz.
Gömrük bəyannaməsinin doldurulması haqqında 100/143 saylı 31.10.2014 il tarixli əmrə əsasən bəyannaməsinin 43 qrafasında 01 yazılması müqavilə üsulu elə həmin mənim dediyim üsuldur. Bəyannamənin 20-ci qrafasında 100 yazılması malın dəyərini 100 % ödənilməsi deməkdir. Mən həqiqətən də malın dəyərini həmin müqaviləyə əsasən Türkiyə Respublikasına əvvəlcədən ödəmişəm. Bank çıxarışını təqdim edə bilərəm.
Tarif haqqında Qanuna 12 maddəsinə əsasən Müqavilə ilə rəsmi köçürmə ilə idxal edilən malın gömrük əməkdaşı tərəfindən qiyməti qaldırmağı istəməsi tamamilə absurddur.
Gömrük Məcəlləsinin 220.2.2 Gömrük orqanları tərəfindən tələb olunduqda müəyyən edilmiş gömrük dəyərini dəqiqliyini yoxlamaq üçün bəyannamə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.
Rafayıl Niftəliyev ölkəyə akkumulyatorlar gətirir və qiymətləri yarı-yarıya aşağı salır
Təkrarəm sizlərə bildirirəm ki, Dövlət Gömrükl komitəsinin Maliyyə Audit nəzarəti Baş idarəsinin gömrük dəyərinin müəyyən edilməsi şöbəsinin əməkdaşı Vüqar Əhmədovun qəbulunda oldum, bütün sənədləri: 1. E-fakturanı, 2. Türkiyədən çıxan ixrac bəyannaməsini, 3. Türkiyəyə ödədiyim ödəniş tapşırıqlarını, 4. Rəsmi invoysu, 5. Qurğuşunun bazar qiyməti ilə bağlı məlumatı, 6. Rəsmi müqaviləni təqdim etdim. Nazirlər Kabinetinin 263 saylı 22 iyul 2014 saylı qərarının 2.5 və 2.6 bəndlərində tələb olunan sənədlərin siyahısı göstərilmişdir.
Mən bütün sənədləri, hətta göstərilməyən sənədləri də təqdim etdim. Dedilər ki, üç gündən sonra gəl. Üç gündən sonra isə dedilər sənədlərin düzgündür, amma biz Rafayıla söz deyə bilmirik. Nİyə? Bəlkə ona görə ki, Rafayıl Niftəliyev Komitənin sədri Səfər Mehdiyevin baldızı oğludur? Səfər Mehdiyevin baldızı oğlu olmaq Rafayıl Niftəliyevə digərlərindən fərqli imtiyaz verir və bu imtiyaz gömrükdə açıq aşkar hiss olunur.
Rafayıl Niftəliyev Səfər Mehdiyevin baldızı oğlu olaraq neçə illərdir bizə bilərəkdən problemlər yaradır. Çünki onun özü ölkəyə Qazaxıstandan gətirdiyi akkumulyatorlar gətirir və araşdırsaq görərik ki, digər akkimlyatorların qiymətini yarı-yarıya azaldır. (Bir vaqonda 70 ton akkumulyator olur). Rafayıl Niftəliyevin ölkəyə gətirdiyi akumlyatorlar gömrükdə 17 dollara sənədləşdirilir. Hakbuki ən keyfiyyətsiz akumlyatorun maya dəyəri 25-26 dollar arasında dəyişir. O zaman sual olunur, Rafayıl Niftəliyev 17 dollara gətirdiyi akumlyatoru hardan necə alır? Bu dövlətin büdcəsinə açıq şəkildə ziyan vurmaq deyilmi? Bütün bunları gömrük rəhbərliyi görmürmü?
Gömrük Məcəlləsi Maddə 178.2 Mallaın xüsusi Gömrük prosedurunda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi Qısa idxal bəyannaməsi və ya onu əvəz edən Tranzit bəyannaməsi Qəbul edilir.
Sual 3: Necə olur ki, mənim təqdim etdiyim 1119500105074 saylı Qısa idxal bəyannaməsini qəbul etmirsiniz. Qanuna görə Qısa idxal bəyannaməsi saxlanc bəyannaməsi kimi əvəz edilir. Amma Səfər Mehdiyevin baldızı oğlu deyir ki, olmaz. Gömrük Məcəlləsi Milli Məclisdən keçib Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır, amma Səfər Mehdiyevin baldızı oğlu isə Milli Məclisdə qəbul edilən və prezident tərəfindən imzalanan qanunu qəbul etmir. Özündən yazılmamış qanunlar icad edir. Gömrük Komitəsi bunu necə izah edə bilər?
Gömrük Məcəlləsi Maddə 178.3 Gömrük orqanı ödənişə təminat tələb etmək hüququna malikdir. Maddə 258 Gömrük borcunun ödənilməsinin təmin edilmə üsulları yazılıb. Məcəlləyə niyə və hansı əsasla əməl etmirsiniz?
Sual 4: Məndən Gömrük borcuna görə nə zaman təminat istənildi ki, mən təminat vermədim?
Mənim Gömrükdə əvvəlcədən ödəniş kimi avansda pulum var.
“Təminatdan istifadə etməklə Gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 286 saylı 30 Oktyabr 2013 tarixli qərarına əsasən istənilən vaxt təminat verməyə hazıram. Baxmayaraq ki, mənim Gömrükdə avans kimi pulum var. Qeyd edim ki, Avans da təminatın 7-ci növüdür.
Bütün bu qanun və qaydalara Səfər Mehdiyevin baldızı oğlu niyə əməl etmir? Bunun izahı varmı?
Türkiyə şirkəti Gömrük Komitəsini iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edir
Qeyd edək ki, Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məktub yollayaraq Komitəni iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edib. PİA.az-ın təqdim edilən məktubda bildirilir ki, son zamanlar Azərbaycana ixrac olunan malların gömrükdə qanunsuz olaraq saxlanılması onları və tərfdaşlarını maddi ziyana salmaqla yanaşı, iki ölkənin ticari əlaqələrinə də ziyan vurmaqdadır.
DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi Yakup Yaşa həmçinin Səfər Mehdiyevə məktubunda bildirir ki, “Rovel Trading”in Azərbaycan Gömrük Komitəsinə təqdim etdiyi e-qaimə tamamilə həqiqəti əks etdirir və bu üzdən malların gömrükdə saxlanılması qanunsuzdur. Yakup Yaşa vurğulayır ki, fakturaları və digər sənədləri bir daha Gömrük Komitəsinə yollaya bilərlər.
Maraqlıdır ki, Gömrük Komitəsi Yakup Yaşanın məktubuna cavab olaraq “Məktubunz araşdırılacaq” cavabını yollayıb. Lakin heç bir şey araşdırılmır. Mallar isə sənədləşdirilmir və satışa buraxılmır.
Səfər Mehdiyevin baldızı oğlu bazarda monopoliya yaratmağa çalışır
“Rovel Trading” şitkətindən bildiriblər ki, Rafayın Niftəliyevin əsas məqsədi onların şirkətini müflis etdirmək və bazarda “Rovel Trading” şitkətinin yerini tutmaqdır. Özünün ölkəyə gətirdiyi akumlyatorları gömrükdə 17 dollara sənədləşdirən Rafayıl Niftəliyev əlində olan adminstrativ imkanlardan yaralanaraq “Rovel Trading” şitkətini bazardan çıxarmaq istəyir. Məhz buna görə də onlara qarşı qanunsuz tələblər irəli sürülür və onların malı ölkəyə buraxılmır.
Qeyd edək ki, aldığımız son məlumata görə məsələ ilə bağlı “Rovel Trading” şitkətinin rəhbərliyi preziden İlham Əliyevə müraciət edib. Həmin müraciətin mətnini yaxın saatlarda yayacağıq.
Gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın
Pia.az olaraq isə bildirik ki, iyulun 18-də Dövlət Gömrük Komitəsinin yayımladığı rəsmi məlumat yalan və böhtandan ibarət olduğu kimi, həm də bir dövlət qurumunun ortaya qoyduğu tərbiyəsizlik nümunəsi olaraq dəyərləndirilməlidir. Həmin mətnin kimin tərəfindən yazılmasından asılı olmayaraq bir dövlət qurumunun sahibkar və media qurumu haqqlnda seçdiyi ifadələr qurum adına utancvericidir.
Onu da qeyd edək ki, açıqlamada “Rovel Trading” şirkətinə qanuni ticarətlə məşğul olmaq barədə verilən məsləhətlər isə gülüncdür. Öncə gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın. Çünki bu ölkədə sahibkarı qanunla qanuni ticarətlə məşğul olmaq imkanı verməyən qurum sizsiniz və sizin yaratdığınız qanunsuzluqlar və “bespredel” hüquqi məsuliyyət daşıyır. Bu barədə hər ay Azərbaycan mətbuatında onlarla yazılar yazılır. Amma siz yenə də öz işinizdəsiniz. Monopoliya yaradır, sahibkarlara ziyan vurur və dövləti talayırsınız. O üzdən də hər bir gömrük işçisi qeyri rəsmi milyonerə çevrilib. Bunun əksini deyirsinizsə, ictimaiyyətə qarşı səmimisinizsə, o zaman jurnalistləri yaşadığınız evlərə dəvət edin, mindiyiniz maşınları nümayiş etdirin...
Xəbərin oxunma sayı : 376
Sosial
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV