“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Səfərbərlik Xidmətində inqilabi islahatlar: növbə Kiçibəyova çatıb - FOTO

Tarix 25.05.23, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.
 
Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik.
 
"Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma cumhuriyyet.az olaraq onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Müəmmalı fəaliyyətinə rəğmən birdən birə general rütbəsinə yüksələn və xidmətin mərkəzi aparatında yüksək vəzifə alan digər bir şəxs Çingiz Kiçibəyovdur.
 
 
Onun xidməti fəaliyyəti dövründə yol verdiyi ciddi nöqsanlar,  Quba və Sabunçu rayonlarının hərbi çağırışçıları,  onların valideynlərinə yaratdığı süni əngəllər bir dosye kimi cildlənə bilər. Hərbi Prokurorluq SHXÇDX-nin bu fiquru ilə bağlı araşdırma aparsa, polkovnik-leytenantın vəziyyəti heç də yaxşı olmayacaq.
 
Belə ki, cumhuriyyet.az olaraq ölkə mediasında yer alan xəbərlərə istinadən bildirək ki, Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsində ikinci şöbənin rəisi, sonra isə adıçəkilən qurumun Neftçala rayon şöbəsində üçüncü şöbənin rəisi vəzifəsində çalışan Çingiz Kiçibəyov SHXÇDX-nin Quba, Sabunçu və Suraxanı rayon şöbəsində "hərbi bilet bazarı” ilə ad çıxarıb.
 
Məlumatlara görə Ç.Kiçibəyov hazırda da Xidmətdən bütün rayonlar üzrə möhlət hüququ və yararsızlıq məsələlərini monopoliyaya alıb. Bütün bu faktorlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisinin Ç.Kiçibəyovla bağlı lazımi qərar verəcəyini labüdləşdirir.
 
Mənbə: Cumhuriyyet.az





Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap