Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səfir: “Çin başqa ölkələrin daxili işlərinə qarışmır“

Tarix 22.05.17, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


"Çin Xalq Respublikası (ÇXR) və Koreya Xalq Demokratik Respublikası (KXDR) qonşu, suveren dövlətlərdir, hansı ki, aralarında dostluq münasibətləri yaranıb. Amma Çin Şimali Koreyanın daxili işlərinə qarışa, ona göstərişlər verə bilməz. Çin başqa ölkələrin daxili işlərinə qarışmır"

Bunu virtualaz.org-a eksklüziv açıqlamasında Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Tszinxua deyib.

Qeyd edək ki, bu günlərdə Koreya Xalq Demokratik Respublikasında Çin Xalq Respublikasının ünvanına ilk dəfə tənqidi fikirlər səsləndi, hansı ki, qonşu dövlətlər, ilk növbədə ABŞ və Yaponiya, onun nüvə və raket proqramlarının dayandırılmasına nail olmaq üçün Pxenyana təsir etməyə çağırırlar.

Səfirin sözlərinə görə, Çin Koreya məsələsinə həssas yanaşır və Koreya Xalq Demokratik Respublikasının siyasəti haqqında öz nöqteyi-nəzərini deyə, bu və ya digər problem üzrə məsləhət verə bilər.

"Amma Çin Xalq Respublikası qonşu ölkədə öz siyasətini yeridə bilməz. Şimali Koreya Çinin nöqteyi-nəzərini qəbul edə yaxud etməyə bilər və bu, Koreya Xalq Demokratik Respublikasının hüququdur", - səfir vurğulayıb.



Xəbərin oxunma sayı : 100




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap