Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səfir aprel döyüşlərindən danışdı: “Lukaşenko tez reaksiya verdi“

Tarix 28.12.16, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrə uzunmüddətli və sistemli impuls vermək lazımdır"


AzVision.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç keçirdiyi brifinqdə deyib. 

“Biz bu il nəinki ölkələr arasında ticarət dövriyyəsini saxlamağa, hətta yeni sahələrdə əməkdaşlıq etməyə çalışmışıq. Bizim əməkdaşlığa uzunmüddətli və sistemli impuls vermək lazımdır”, - deyə səfir bildirib. 

Onun sözlərinə görə, dünyada baş verən iqtisadi maliyyə böhranı ilə əlaqədar ölkələrimiz arasında ticarət dövriyyəsi azalıb: “Bu il Belarus Azərbaycana təxminən 104 milyon dollar dəyərində mal ixrac edib. Bu, 50 faizlik azalma deməkdir. Azərbaycan isə Belarusa mal ixracını 3.7 faiz artırıb”.

Səfir əlavə edib ki, iki ölkə arasında yüksək texnologiyalar sahəsində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub: “Belarus bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. Bu il Belarus yüksək texnologiyalar sahəsindən bir milyard dollar yaxın gəlir əldə edəcək. Belarus bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”.

Gennadi Axramoviç vurğulayıb ki, Belarus və Azərbaycan həm regional, həm də beynəlxalq məsələlərdə bir birini dəstəkləyir. 

Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bölgəsində aprel hadisələri zamanı Belarus prezidenti hadisələrə reaksiya verən ilk liderlərdən olub. Rəsmi Minsk Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. 

Belarus səfiri 2016-cı ilin yekunlarından danışarkən qeyd edib ki, bu il ölkələr arasında hərbi və hərbi texniki sahələrdə əməkdaşlığa xüsusi önəm verilib, yüksək nümayəndələrin iştirakı ilə səfərlər təşkil olunub. Bundan əlavə bu il Bakıda keçirilən ADEX 2016 müdafiə sərgisində Belarus nümayəndə heyəti ilə iştirak edib. 

Səfir, həmçinin qeyd edib ki, Belarus və Azərbaycan arasında hərbi əməkdaşlıq üçüncü ölkəyə qarşı yönəlməyib və yalnız bu ölkələrin hərbi potensialının güclənməsinə xidmət edir.



Xəbərin oxunma sayı : 280




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap