Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Səfirlik:Hikmət Hacıyev Romada bir sıra görüşlər keçirib

Tarix 28.05.19, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində İtaliya Prezidentinin diplomatik müşaviri səfir Emanuela D’Alessandro, həmin ölkənin Baş nazirinin diplomatik müşaviri səfir Pietro Benassi və İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Siyasi Məsələlər və Təhlükəsizlik Baş Direktorluğunun rəhbəri səfir Sebastiano Kardi ilə görüşlər keçirib

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ötən müddət ərzində həyata keçirilmiş qarşılıqlı yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsinə töhfə verdiyi və qarşılıqlı səfərlərin dinamikasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İtaliya arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğundan, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı olmasından söz açılaraq növbəti illərdə bu əlaqələrin daha inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Habelə görüşlərdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti, bu dəhlizin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin tikintisi ilə bağlı işlərin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılmasının vacibliyi vurğulanaraq bu boru kəmərinin istismara verilməsinin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əlavə töhfə verəcəyi qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Hacıyev münaqişənin nizamlanması üzrə aparılan danışıqların cari vəziyyəti barədə məlumat verərək bu məsələdə ölkəmizin prinsipial mövqeyini qarşı tərəfin diqqətinə çatırıb.

Görüşlərdə habelə regional məsələlər, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, bu xüsusda İtaliyanın töhfələri, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin inkişafında rolu, Azərbaycan və İtaliya arasında humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb. 



Xəbərin oxunma sayı : 187




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap