Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Səfirliyimizdə törədilmiş terror dindarları hiddətləndirib - Bəyanat

Tarix 28.01.23, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


Səfirliyimizdə törədilmiş terror dindarları hiddətləndirib
Hacı Tahir Abbasov

2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum ölkəmizin Qərb bölgəsindəki dindarların narahatlığına və böyük hiddətinə səbəb olub.

Reyting.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Qərb bölgəsi üzrə Qazi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovun Azərbaycanın Qərb bölgəsindəki dindarları adından yayılmış bəyanatında deyilir.

Dindarlar Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xalqımıza dərin hüznlə başsağlığı verir, onun şəhid olması ilə qəhrəman Gəncənin daha bir övladının şəhadətə yetişdiyini bildirir. Eyni zamanda hücum zamanı xəsarət almış şəxslərə Allahdan şəfa diləyirlər.

Bəyanatda Azərbaycan dövlətinə qarşı törədilmiş terror qətiyyətlə pislənilir və İrandan tələb olunur ki, baş vermiş cinayətin ədalətli araşdırılmasını təmin etsin.

Dindarların bəyanatında qeyd olunur ki, Azərbaycan Respublikasının Səfirliyinə qarşı törədilmiş bu qanlı hadisə Vyana Konvensiyasının kobud şəkildə pozulması ilə yanaşı Azərbaycana növbəti təzyiq kampaniyasının tərkib hissəsidir: “Çünki İrandakı mövcud rejim Azərbaycanın 44 günlük Vətən müharibəsindəki ədalətli qələbəsi ilə hələ də barışmaq, bölgədəki yeni reallıqları qəbul etmək istəmir və terrora, erməni terrorçularına dəstəyini davam etdirir.

Adının qarşısında “İslam” sözü yazılmış İran, İslamın müqəddəs prinsiplərinə zidd olaraq, 30 ilə yaxın bir müddətdə işğalçı Ermənistanı dəstəkləyib, müsəlmanlara qarşı soyqırımı törətmiş, İslam dininə aid müqəddəs məkanlarda vandalizm aktı həyata keçirmiş cinayətkar ermənilərə lazımi köməkliklər göstərmiş, bu köməyini davam etdirməkdədir və cinayətkarla qardaşlaşdığını bəyan edir. Bu isə istər İslamın prinsiplərinə, istərsə də beynəlxalq qanunlara ziddir və haqlı olaraq müsəlmanların kəskin etirazlarına səbəb olur”.

Dindarlar bəyan edir ki, İranın fars-şovinist rejimi erməni cinayətkarları dəstəkləməklə yanaşı bəşəri dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan çirkin metodlarla Azərbaycana yenidən təzyiq göstərmək, onu güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərməyə çalışır. Amma İranın bu çirkin məqsədlərinin reallaşması mümkünsüzdür.

Bəyanatda deyilir ki, İranın Azərbaycana qarşı çirkin kampaniyası, hətta rəsmi səviyyədə hədə-qorxuları və terror aksiyalarına əl atması Azərbaycanı, onun qalib xalqını, Müzəffər Ali Baş Komandanını haqq yolundan döndərə bilməyəcəkdir!

“Biz dindarlar İranın rəhbər şəxslərindən bir daha tələb edirik ki, Azərbaycana qarşı çirkin kampaniyaya, terror aktlarına, terrorçulara dəstəyinə, ölkəmizin daxili işlərinə müdaxiləsinə son qoysun və Tehrandakı səfirliyimizdə törədilmiş terror aktını planlaşdıranların və icraçılarının məsuliyyətə cəlbini və layiqli cəza almalarını təmin etsin!”, - deyə dindarların bəyanatında qeyd olunur.



Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap