Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Səhiyyə Nazirliyi “budanır“, bəs nazir nə işlər görəcək?

Tarix 16.05.19, 13:04

Font ölçüsü : - / +
bitmap-img6


"2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyaları həyata keçirəcək".

Bu sözləri xəstəxana və poliklinikaların Səhiyyə Nazirliyindən alınmasından sonra bu qurumun görəcəyi işlər barədə danışan millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta (İTS) pilot layihə kimi uğurlu nəticə verib:

"İTS vətəndaşlara istər profilaktika nöqteyi-nəzərdən, istərsə də müalicə nöqteyi-nəzərdən xidmət edən qurumdur. Prezidentin bu istiqamətdə imzaladığı sərəncamda da bütün bunlar öz əksini tapıb. Buna görə də 2020-ci ildən başlayaraq, Azərbaycan əhalisinə səhiyyə xidməti İcbari Tibbi Sığorta vasitəsiylə həyata keçiriləcək. 

Səhiyyə Nazirliyi isə dövlətin səhiyyə siyasətini həyata keçirən orqan kimi fəaliyyətinə davam edəcək. Onun balansında olan bir sıra müəssisələr var ki, onlar TƏBİB-ə tabe edilməyəcək. Məsələn, Azərbaycan Tibb Universiteti və digər bu kimi digər müəssisələr. İcbari Tibbi Sığorta Agentliyi profilaktika və müalicə sahəsində icraçı qurumdur. Amma bu profilaktika qaydalarının, müalicə protokollarının həyata keçirilməsi və nəzarəti Səhiyyə Nazirliyinin funksiyalarına aiddir. Səhiyyə Nazirliyi gələcəkdə İcbari Tibbi Sığortanın keyfiyyətini müəyyənləşdirəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Novruz Məmmədov səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in tabeliyinə keçirilməsi haqqında qərar imzalayıb.

Axar.az



Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap