Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Səhiyyə Nazirliyi Sirus Qoçqaninin sertifikasiyası haqqında olan məlumatları bilərəkdən gizlədir - VƏKİL

Tarix 19.11.19, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda məhşur həkimin ölümünə səbəb olan Qoçqani ilə bağlı yeni faktlar...

“Sirus Qoçqaninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün mümkün olan və olmayan bütün vasitələrindən istifadə ediləcəkdir”.

AzFakt.com xəbər verir ki, bu sözləri vəkil Samir Zeynalov deyib. O bildirib ki, uğursuz peşə fəaliyyəti ilə bağlı bu ilin may ayında Sona Veliyeva Gürgün-nün vaxtsız ölümü səbəbi ilə gündəmə gələn Dr.Siruz Qoçqani ciddi cəhdlərlə himayə edilir: “Amma tam məsuliyyət və əminliklə bəyan edirəm ki, bu cəhdlər heç bir fayda verməyək. Sirus Qoçqani məsuliyyətə cəlb ediləcək.

Qeyd edim ki, çoxsaylı tənqidlərimdən sonra Baku Medikal Plaza rəhbərliyi Sirus Qoçqani üçün yeni-Lipomatik 7D aparatını alıb. Mərhumə Sona Gürgün Vəliyevanın əməliyyatı üçün istifadə edilən aparat isə Lipomatik 6D idi. S.Qoçqani məhz bu aparatın mükəmməl olduğunu, heç bir fəsad törətmədiyini və emboliya vermədiyini qeyd etməklə mərhuməni əməliyyatın qorxusuz keçəcəyinə inandırmışdı.

27.05.2019-cu il tarixdə uğursuz liposaksiya əməliyyatının gedişində dünyasını dəyişmiş Sona Gürgün Vəliyevanın ölüm səbəblərinə bu günə qədər Sirus Qoçqani və onun çalışdığı Baku Medikal Plazanın Babək filalının rəhbərliyi zəruri aydınlıq gətirməyib.

Baku Medikal Plaza mərhumənin əməliyyatdan öncə əldə edilmiş anestezioloji müayinələrinin cavabını, eləcə də əməliyyatın video görüntüsünü əks etdirən video-diski bu günə qədər təqdim etməkdən yayınır.

Sirus Qoçqaninin diplomu və sertifikasiyası ilə bağlı məlumatlar gizlədilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sirus Qoçqaninin sertifikasiyası haqqında olan məlumatları bilərkdən gizlədir.

Təzyiqlərə, əngəllərə baxmayaraq davam edirik və istədiyimiz nəticəni mütləq əldə edəcəyik”. (news24.az)




Xəbərin oxunma sayı : 1036




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap