Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Səidəyə kişi lazımdır - Niyam

Tarix 09.02.17, 5:05

Font ölçüsü : - / +
bitmap-img6


Müğənnilər Səidə Sultan və Niyam Salami Lent.az-ın "Canlı yayımı"nda sualları cavablandırır.

Kult.az-ın məlumatına görə, Səidə Sultan ailə qurması barədə maraqlı açıqlamalar verib. O, evləndikdən sonra ölkəni tərk edəcəyini deyib:

“Mənim 8-ci sinifdən elçi baxımdan problemim olmayıb. Günü bu gün də qapımda elçilər var. İstəsəm, indi də ərə gedə bilərəm. Amma elə bir xasiyyətdə adamam ki, qarşımdakı insanın güclü xarakteri olmalıdır. O, qəhrəman olmalıdır... Babək olmalıdır, Koroğlu olmalıdır. Bir dəfə gözünü ağardan da, mən artıq özümü yığışdırmalıyam. Bir də bilirəm ki, ailə qursam, mən Azərbaycanda qalmayacam, çıxıb gedəcəm”.

Söhbətə müdaxilə edən Niyam Səidənin yerinə danışaraq bildirib:

“Səidəyə kişi lazımdır. Yəni, kişi xasiyyətli biri. Səidə arada mənə deyir ki, istəyirəm oturum, ər çörəyi yeyim”.

Müğənni onu da bildirib ki, artıq onun istədiyi kimi bir bəy var. Artıq ailə qurmaq niyyətindədir: “Həyatımda elə bir mərd bir oğlan var. Bunu ilk dəfə açıqlayıram. Heç vaxt bunu mətbuata deməmişəm. İllərdir arzuladığım bir insandır. Necə arzu edirdimsə, Allah qabağıma çıxardı. Bu ağ yox, qar atlı oğlandı. Toyun vaxtını, məqamını indidən demirəm. Hər şeyin öz məqamı var. İndi mərdimazar da çoxdur”.

S.Sultan bildirib ki, ailə qurmağa hazırlaşdığı şəxs onun sənətini dəstəkləyir: “O məni müğənni kimi sevib, hörmət edir, qəbul da edir. Hansı sahə ilə məşğul olduğunu deyə bilmərəm. Bilən bilir ki, oğlan nə işin sahibidir. Bu da mənə ləzzət edir. Bir sözlə seçdiyim insan şou-biznesdən çox uzaqdır. Allahım onu mənə ən pis anımda nəsib etdi. Həmin vaxtda ki, mən insanların içinə çıxmağa qorxurdum, utanırdım. Amma o mənə öz sözü, əməli ilə mənə dəstək oldu. Onun yanında özümü uşaq kimi hiss edirəm”.



Xəbərin oxunma sayı : 190




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap