Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sələmçi qadınların tələsi, yoxsa dələduzluq işi? - “Aylıq 10 faizə 17800 manat...”

Tarix 27.01.18, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Nəzakət Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam edir. Təqsirləndirilən qadın sələmə pul verən şəxslər tərəfindən şərləndiyini deyir. Zərərçəkmiş tərəflərin isə şikayətçi olduğu şəxs yalnız Nəzakət Hüseynova deyil.

Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; xeyli miqdarda törədildikdə) və 178.2.4-cü (dələduzuq; təkararən törədildikdə) maddələri ilə ittiham edilən Hüseynova Nəzakət İmran qızının cinayət işi üzrə məhkəmə iclası Yasamal Rayon Məhkəməsində davam etdirilir.

İttihamda yazılır ki, Nəzakət Hüseynova tanışı Elza Qəhrəmanovdan ərinə maşın almaq, oğlunun və qızının təhsili üçün ödəniş etmək adı ilə cəmi 11100 manat pul alıb. Zərərçəkmiş kimi tanınmış Atlas Mirzəyevadan oğlunu işə düzəltmək adı ilə 4400 manat, Dostxanım Cabbarovadan isə 6 min manat borc alaraq geri qaytarmamaqda ittiham edilir. İş üzrə digər zərərçəkmiş kimi tanınanlardan biri isə Sara Rüstəmovadır. İttihama görə, Nəzakət Hüseynova ondan 6 min manat alaraq qaçqınlar üçün tikilən bindan ev almasına kömək edəcəyini deyib. Rəsmi ittihamda yazılır ki, Aynur Yusifova da eyni məqsədlə Nəzakət Hüseynovaya 6 min manat pul verib.

Nəzakət Süleymanova ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib.

Bildirib ki, Dostxanım Cabbarovanı qardaşının qonşusu kimi tanıyıb və sonradan aralarında münasibət yaranıb. D.Cabbarova qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğu üçün ondan qızıl alaraq satıb və qazanc əldə edib.

N.Süleymanova bildirib ki, daha sonra qonşuları üçün sələmə pul lazım olduğu üçün Dostxanım Cabbarovaya müraciət edib. Aylıq 10 faiz sələm vermək şərti ilə 17800 manat pul alıb və qonşularına verib. Sonradan öyrənib ki, Dostxanım həmin pulu Aynur adlı tanışından alıb.

“Mən pulu Dostxanımdan alıb, faizi də ona ödəmişəm. 25 min manata qədər pul qaytarmışam. Elza Qəhərəmanovadan isə 1000 manat sələmə pul götürmüşəm. Yoldaşım Gürcüstan maşın gətirəndə 1000 manat lazım oldu. 10 faizlə Elza xanımdan götürdük. Sonra da qaytardıq. Onun sələmə pul verdiyini bilirdim. Tanışım Turan mənə müraciət edərək şəxsi məsələsinin həlli üçün sələmə pul lazım olduğunu dedi. Mən onu Elza ilə əlaqələndirdim, görüşdürdüm. Turan Elzadan 5500 manat pul götürmüşdü. Turan sonra yenə zəng edərək pul lazım olduğunu dedi. Mən isə bu işi öz aralarında həll etməli olduqlarını söylədim. Sonradan öyrəndim ki, Turan Elzadan yenə də pul götürüb. Aylıq olaraq 1000 manat faiz verirdi. Sonra pulu ödəyə bilmədi. Elza da mənə zəng edərək Turanın pulu vermədiyini dedi. Öz aralarında həll etmələrini desəm də Elza bildirdi ki, Turan mənim tanışım olduğu üçün pulu məndən tələb edir. Turan 2 min manat Elzaya verdi və əsas borcdan çıxmasını istədi. Elza isə həmin pulu faizə hesabladığı üçün Turan daha pul ödəmədi. Elza məni hədələyərək pulu qaytarmayacağım halda oğlumu və ərimi həbs etdirəcəyini, maşınımı əlimizdən alacağını və bizi rüsvay edəcəyini dedi. Mən ona pulun 8 min manatını qaytarmağa məcbur oldum. Hissə-hissə olmaqla isə, əlavə 6 min manat da verdim. Borcum olmadığı halda Elzaya 14 min pul ödədim. Ailəmə nəsə edəcəyindən ehtiyat edirdim”.

Təqsirləndirilən N.Süleymanova əlavə edib ki, tanışları üçün Dostxanımdan sələmə pul alsa da, ondan şikayətçi olan digər qadınları tanımır və əlaqələri olmayıb.

“Dostxanım iki qadınla evimə gəldi. Dedi ki, həmin qadınlar onun şahidləridir və mən sələmə aldığım pulları qaytarmalıyam. Mən 102-yə zəng edərək məlumat verdim. Polis əməkdaşları gəlib həmin qadınları evimdən çxıardı”- deyən N.Hüseynova adı çəkilən şəxslərdən heç birinə pul borclu olmadığını deyir.

Nəzakət Hüseynovanın oğlu Vüsal Hüseynli musavat.com-a bildirib ki, 4 nəfər sələmçi və onların qohumları onun nanasına böhtan atır:

“Onlar özbaşınalıqla məşğuldur və heç biri qanunla hesablaşmaq istəmir. Baş prokurorluq, Yasamal Rayon Prokurorluğu və şikayət etdiyimiz heç bir instansiya məsələyə adekvat reaksiya vermək istəmir və hər vəchlə bu sələmçilərin maraqlarına uyğun hərəkət edirlər. Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova, Atlas Mirzəyeva anamdan şikayətçi olublar.

Onu bildirim ki, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmayıb və bu borc münasibətləri mülki xarakter daşıyır. Kimisə bu işdə cinayət məsuliyyətinə cəlb etmək tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçilər başqa yol seçir- borclu hesab etdiyi insanlara şər-böhtan atır. Məsələn, iddia edirlər ki, mən sənə 10 min manat pul vermişəm və sən də mənə əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən. Yəni 4-5 nəfər eyni yalan ifadəni verir, şahidlik edir və belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində "süni ittiham sübutu", məişət dilində isə "üzəduranlıq" deyilir. Üstəlik, bu sadəcə borc pul deyil, bu qanunsuz sələmçilik fəaliyyətdir. Dediyim kimi, süni ittiham sübutu yaradılandan sonra cinayət işi açmaq və təqsirləndirilən şəxsi müvafiq maddə ilə dələduzluqda ittiham eləmək mümkün olur”.

Vüsal Hüseynli bildirib ki, zərərçəkmiş kimi tanınan şəxslər yalnız anasından yox, başqa şəxslərdən də şikayətçidir: “Siz fikirləşə bilərsiniz ki, yalançı onlar deyil, mənəm və bu insanlar həqiqətən bizə pul verib, əvəzində maşın almaq istəyiblər, yəni dələduzluq həqiqətən də olub. Amma bu 4 nəfər və onların qohumları eyni üsulla daha üç insanı şərləyib. Bu işlərin ikisi Səbayıl Rayon Polis İdarəsində, biri isə Yasamal Rayon Polis İdarəsindədir və bu işlərə dair sənədlərin surətləri də bizdə var. Dediyim kimi, oxşar məzmunlu, eyni motivli şikayət, daha doğrusu, şər-böhtanla dolu şahid ifadələri: "mən sənə pul vermişəm, maşın, ev, qızıl, torpaq sahəsi almaq üçün, sən isə pulu götürüb qaçmısan". Necə oldu ki, bu 4 qadını bir nəfər pulunu alıb aldadır, onlar yenə gedib başqa adamla eyni iş görürlər, pul verib torpaq sahəsi almaq istəyir? Həmin adam da yenə bunları aldadır və yenə eyni şey davam edir? Bu qədər yalan olmaz. Bu cinayətləri görməmək mümkün deyil. Ortada bu qədər sübut ola-ola ədalətsiz qərar çıxarıla bilməz”.

Qeyd edək ki, Nəzakət Hüseynova barəsində həbsqətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır. Hazırda əməliyyat olunub və xəstəxanada müalicə alır.



Xəbərin oxunma sayı : 241




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap