Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Səməd Seyidovun AŞPA-da qəzəbli çıxışı:“Burda kimsə məni korrupsiyada ittiham edə bilməz”

Tarix 24.04.18, 0:07

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün AŞPA-da çıxış etmək asan deyil. Burada bizim ölkəmizi tamamilə ədalətsiz şəkildə təqdim etmək cəhdləri var”.

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov adının AŞPA-nın müstəqil Araşdırma Qrupunun korrupsiya ilə bağlı hesabatına daxil edilməsi ilə bağlı çıxışında deyib.

“Mən bu gün nələrisə pozanların siyahısına daxil edilmişəm. Əvvəl iclasa gəlmək istəmirdim. Sonra gördüm ki, hadisələr başqa istiqamətdə cərəyan edir. Hesabat hər kəs üçün açıqdır. Orada 43-cü maddəyə baxın. Deyilir ki, cənab Seyidovun hansısa korrupsiya halı ilə əlaqəsi yoxdur. Həmin hesabatda görünür ki, mən araşdırma qrupu ilə əməkdaşlıq etmişəm, onlarla 2-3 saat danışmışam. Guya mən davranış kodeksini pozmuşam. Çünki kimsə mənə e-mail atıb, amma mən yox. 18 ildir AŞPA-dayam. Biz hazırda Prosedur Qaydaları komitəsinin qərarını gözləyirik.

Amma görürəm ki, siz burada qərara kimi hesabatla bağlı təcili müzakirə aparırsınız. 18 ildə kimsə məni korrupsiyada ittiham edə bilməz. Amma məsələ mənim ölkəmlə bağlıdır. Ölkəm sivil dünya ilə birgə yaşamaq istəyir. Müəyyən proses gedir və mən bundan narahatam. Detallara baxın və obyektiv olun. Anlayın ki, məsələ insanlar deyil. Məsələ müstəqil cəmiyyət yaratmaq istəyən yeni müstəqil ölkələr barədədir. Onda sizə hər şey aydın olacaq”.

Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabat Büroya təqdim olunub. Ötən gün büro hesabatın mətnini açıqlayıb.

Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir. (APA)



Xəbərin oxunma sayı : 136




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap