Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Serbiya XİN: Azərbaycanla viza sadələşdirilməsi barədə saziş imzalamağa hazırıq

Tarix 26.12.16, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


“Serbiya hökuməti Azərbaycanla ümumvətəndaş pasportu olan insanlar üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamağa hazırdır”.
 
Bu barədə APA-nın sorğusuna cavab olaraq Serbiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.
 
Nazirlikdən bildirilib ki, 2011-ci il yanvarın 1-dən etibarən Serbiya hökuməti xidməti və diplomatik pasportları olan Azərbaycan vətəndaşlarından viza tələb etmir: “Serbiya hökuməti Azərbaycan tərəfi ilə ümumvətəndaş pasportu olan insanlar üçün də viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamaqda maraqlıdır və buna hazırdır. Viza sadələşdirilməsinə dair növbəti addım Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə imzalanan razılaşmalar kontekstində atılacaq”.

Açıqlamada iki ölkənin Daxili İşlər nazirlikləri arasında 2010-cu ildə imzalanan, cinayətkarlığa qarşı mübarizəyə dair sazişə əsaslanan ikitərəfli əməkdaşlığın daha da təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb: “Bunları nəzərə alaraq informasiya mübadiləsi zamanı əsas məqamların müəyyənləşdirilməsi konkret əməkdaşlıq modelinin ilk addımıdır. Bu, iki qurum arasında xüsusilə terrorçuluğa qarşı mübarizədə birbaşa və effektiv  ünsiyyəti və əlaqəni mümkün edəcək“.




Xəbərin oxunma sayı : 124




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap