Bu gün Barışla Sanqu Bakıya gəlir “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir
Axtar
 
  • / Maqazin / — 13 Dekabr 2017

    Bu gün Barışla Sanqu Bakıya gəlir

  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

  • / Maqazin / — 28 Noyabr 2017

    Emin Ağalarovun anası ilə bu görüntüsü rekord qırır - Video

Serial biznes - ortada ağlasığmaz pullar dolaşır

Tarix 04.10.17, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Ona “sabun operası” deməyə insanın dili gəlmir; serial industriyası bütün sərhədləri aşır

Az qala hamımız onlardan asılı vəziyyətə düşmüşük. Həftənin bütün günlərini onların ixtiyarına vermişik. Bu gün “Eşkiya”nın günüdür, iki gün sonra “İstanbullu gəlin”in, sonra... Beləcə, seriallar həyatımıza girəndən onlarla birgə yaşayır, həyatımızı onlarla planlayırıq.

Doğrudur, Azərbaycanın tele-məkanı da serial sarıdan boldur. Amma nəyə görəsə onlara ancaq yaşlı nəslin nümayəndələri, üstəgəl, seçim imkanı olmadığı üçün baxırlar. Baxmayaraq ki, bu günə qədər serialların çəkilişi üçün dövlətin ayırdığı vəsait hissə-hisə televiziya kanallarına ödənilib. Təkcə 2013-cü ildə şuranın verdiyi vəsaitlər hesabına 15-dən çox serial çəkilib.

Amma bu, ölkədə serial industriyasının inkişafı üçün yetərli deyil.

Heç maraqlanırsızmı, fanatı olduğunuz serial qəhrəmanları, eləcə də onları yayımlayan kanallar nə qədər qazanır?

“Yeni Müsavat” Türkiyə mətbuatındakı son rəqəmləri nəzərinizə çatdırır. Bu rəqəmləri həmin serialları çəkən şirkətlərdən açıqlamasaydılar, həqiqiliyinə şübhə etmək mümkün idi. Amma bu rəqəmlər əsasında Türkiyənin serial industriyasının gəliri barədə fikir sahibi olmaq mümkündür.

“Lalə Devri” serialı ilə məşhurlaşan Serenay Sarıkaya hazırda rol aldığı “Medcezir” serialına başlayanda hər seriyaya görə 15 min lira (6-7 min AZN) alıb. Amma daha sonra maaşına 10 min lira (4 min AZN) əlavə etdirən Sarıkaya son olaraq serialın hər bölümünə görə 25 min lira (11-12 min AZN) qazanıb.

“Möhtəşəm Yüzil”in sultanı Halit Ergenc daha öncəki seriallarda hər bölümə görə 35 min lira(17 min AZN) qazanırdı. Amma “Möhtəşəm Yüzil”in populyarlığı ona başlanğıcda hər bölümə görə 45 min lira (21 min AZN), hazırda isə 60 min lira (30 min AZN) qazandırır.

“Qurdlar Vadisi”nin Necati Şaşmazı hər bölümə görə 60 min lira(30 min AZN) qazanır.

Siyahıda az qazananlar da var...

“Güneşi beklerken”lə populyarlıq qazanan, hazırda “Siyah İnci” serialında rol alan Hande Erçel hər bölümə görə 20 min TL (10 min AZN) qazanır.

Neslihan Atagülün qonararı isə ondan daha artıqdır. O, hər bölümə görə 40 min TL (20 min AZN) qazanır.

Fahriye Evcen də 40 min TL qazananlardandır. O, son olaraq “Ölene kadar” serialında bu məbləğə anlaşmışdı.

Sinem Kobalın hər seriala görə qazandığı qonorar da - 40 min TL(20 min AZN) məbləğindədir.

Burçin Terzioğlu da son dönəm serialların axtarılan qadın oyunçularındandır. O da son çəkildiyi serialda hər bölümə görə 45 min TL(23 min AZN) qazanırdı.

Elçin Sangu da çəkildiyi hər serialın bölümünə görə 45 min TL (23 min AZN) alır.

İlker Kaleli - 50 min TL (25 min AZN)

Engin Akyürek - 60 min TL (30 min AZN)

Burak Özçivit - 60 min TL

Engin Altan Düzyatan - 60 min TL

Çağatay Ulusoy - 70 min TL (35 min AZN)

Bergüzar Korel - 80 min TL (40 min AZN)

Barış Arduç - 80 min TL (40 min AZN)

Tuba Büyüküstün - 120 min TL (60 min AZN)

Beren Saat - 120 min T L

Halit Ergenç - 140 min TL (70 min AZN)

Kıvanç Tatlıtuğ - 150 min TL (75 min AZN)

Ötən mövsüm “Cəsur və Gözəl” serialından ayrılanda hər bölümə görə 130 min TL (65 min AZN) qazanırdı. İndi isə özü qiymətini artırıb. Baxmayaraq ki, son olaraq çəkildiyi seriallar “Kurt Seyit və Şura”, eləcə də “Cəsur və Gözəl” gözlənilən uğuru əldə etməyib.

Kenan İmirzalıoğlu - 350 min TL (170 min AZN)

Bu da yetərincə böyük məbləğdir. Və bu günə qədər Türkiyədə heç bir serial aktyoruna hətta çox məşhur olsa da bu qədər qonorar verilməyib. Düşünün ki, serial həftədə bir dəfə, ayda 4 dəfə yayımlanır. Və aktyor hər bölümə görə 170 min AZN qazanırsa, bu, ayda  680 min AZN deməkdir. Yarım milyondan daha artıq. Bu məbləğ Türkiyə kimi reklam və televiziya bazarı rentabelli olan bir ölkə üçün belə həddən artıq böyük rəqəmdir.

Seriallardan yüz minlərlə insan çörək pulu qazanır

Türkiyədə bir serial kanala 170-200 min manata başa gəlir. Bir serialın yaradıcı və texniki heyətinin sayı 130 nəfərə yaxın olur. Türkiyə seriallarında ən çox pul baş rol ifaçısına sərf olunur. Bu haqda bir qədər sonra. Amma serialın bütün maliyyəsinin 25 faizi aktyor və aktrisalara ayrılır. Telekanal bir serialın uğurlu olub-olmamasını 4-6 seriyada anlayır. 10-cu seriyadan sonra isə serial öz xərclərini qarşılamış olur.

Türkiyədə serial yayımı zamanı, yəni fasilələrdə nəzərdə tutulan reklam məbləği isə 3 milyard dollara çatıb. Film şirkətlərində belə təəssürat var ki, əslində seriallar tamaşaçının izləməsi üçün yox, reklamların izlənməsi üçün çəkilir. Amma maraqlıdır ki, bir Türkiyə serialının xarici kanalda izlənməsi o qədər də baha başa gəlmir. Yəni bu serialın bir bölümü üçün şirkətə cəmi 10 min dollar ödənilir.

Seriallar vaxtilə 60 dəqiqə, reklamlar isə 15 dəqiqə imiş. Sonradan daha çox reytinq qazanmaq üçün 80 dəqiqəyə çıxdı seriallar, nəticədə isə insanlar 100 dəqiqə ərzində bir seriala məhkum olundular. Bundan isə daha çox qazancı telekanallar götürdü. Telekanallar 80 dəqiqəlik bir serialın arasına təxminən yarım saatlıq bir reklam sıxışdırır. Bundan isə hər serial 170-400 min manat reklam gəliri əldə edir. Kanalların reklam tarifləri bir-birindən fərqli olsa da, buna daha çox reytinq göstəriciləri qərar verir. Vacib bir detalı qeyd etmək lazımdır ki, Türkiyədə dizi sektoru hazırda 130 min nəfəri işlə təmin edir. Həftə ərzində yerli serial sektorunda 10 milyon manat həcmində pul dövriyyə edir.

Serialların çəkildiyi evlərin sahibləri... pula pul demir

İmkanlı, gəlirli firmaların da əsas hədəfi seriallar, daha doğrusu, onlara sponsorluq etmə istəyidir. Təkcə bir serialda loqosunu yayımlatmaq üçün müraciət edən firmaların sayı 30-dan artıqdır. Amma sponsorluq etmək istəyənlər daha böyük pullar ödəməlidir. Sponsorluq üçün firmaların ödədiyi məbləğ 17-25 min dollar arasındadır. Amma serial populyarlıq qazanan andan etibarən firmalar bu sponsorluq üçün daha böyük məbləğ ödəyirlər. Maraqlıdır ki, belə bir sponsorluğun altına girənlər pullarını beşqat artıq geri qazanırlar. Məsələn, bir müddət öncə, Kanal D-nin efirində yayımlanan “Min bir gecə”nin sponsoru Koçak Gold serial sayəsində bilərzik satışlarını 30 faiz artırmışdı.

Firma yetkilisi serialın hər seriyasına sponsorluq üçün 25 min manat ödəsə də, bunun əvəzində yaxşı qazandığını da etiraf edib.

Serialının çəkilməsi üçün evini, villasını kirayə verənlər də bu sahədə çox qazananlardır. Araşdırmamız nəticəsində məlum oldu ki, ortabab bir həyət evinin təkcə bir günlük kirayəsi 750 dollardan başlayır. Bir serialın təxminən 6 ay davam etməsi şəraitində ev sahibinin də burdan yaxşı qazanacağı sirr deyil. Bəzən bu yüksək qiymətlər ucbatından serial rejissorları maket ev, yəni studiya-evlərə üstünlük verir. Bu halda nə evə görə çox pul ödəmək zorunda qalırlar, nə də evə dəyən ziyana görə başları ağrıyır.  Maşın kirayəsi də serialların pul qazandırdığı sahələrdəndir. Türkiyə seriallarında gördüyümüz bahalı, şıq maşınlar üçün də kirayə maşın bazarı canlanır. Burada da bir günlük maşın qiyməti 50-200 manat arasında dəyişir. Filmdə bir neçə maşından istifadə olunduğunu nəzərə alanda bu, heç də kiçik məbləğ deyil. Bəzən film çəkən şirkətlər qənaət məqsədilə aktyorların və ya yaradıcı heyətdəki digərlərinin maşınlarından istifadə edirlər. Amma bu, çox geniş yayılmış hal deyil.

Sonda... Gördüyünüz kimi, ortada yetərincə böyük pullar və məbləğlər dövr edir. Bizim serial industriyası ilə müqayisədə Türkiyə bu sahədə böyük uğurlara imza atıb. Həm serialı inkişaf etdirib, onu dünya bazarına çıxarıb. Həm də yüz minlərlə insana iş yeri açıb. Azərbaycan turizmdə olduğu kimi serial sahəsində də Türkiyə nümunəsindən bəhrələnsə, ortaya olduqca ciddi nəticələr çıxardı. 



Xəbərin oxunma sayı : 229

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda