“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sərkisyan və Köçəryan arasında gizli savaş: “Sabiqləri üz-üzə qoyan amil…”

Tarix 21.02.21, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


"Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ikinci prezident Robert Köçəryandan fərqli olaraq, hakimiyyətdə yüksək vəzifə tutmaq niyyətində deyil”.

Bunu erməni siyasi ekspert Vigen Akopyan deyib.

Ekspertin sözlərinə görə, Sərkisyan son müsahibəsində heç bir halda yüksək vəzifə tutmaq fikrində olmadığını bildirib. Bununla yanaşı, məsləhətçi olmağa hazır olduğunu qeyd edib:

"Qənaətimə görə, Serj Sərkisyan partiyasını və özünü hakimiyyət dəyişikliyi prosesinə daxil etməyə çalışır. İndi bu proses davam edir. Sərkisyan yeni siyasi reallıqlar çərçivəsində öz mövqeyini tutmağa səy göstərir. Sərkisyanın artıq dövlət vəzifələrini tutmaq niyyətində olmadığını və müşavir statusuna sahib olmağı planlaşdırdığını elan etməsi, "boz kardinal” statusuna qayıtmaq planlarından xəbər verir”.

Akopyan hesab edir ki, üçüncü prezident kölgədən aktiv siyasətə təsir göstərməyə çalışacaq.

Akopyan Ermənistanın gələcək baş naziri postu uğrunda mübarizədə Sərkisyan və Köçəryanın arasında fikir ayrılıqlarının olduğunu iddia edib. O, Sərkisyanın daha çox özünə yaxın adamın bu vəzifəyə seçilməsində maraqlı olduğunu dilə gətirib.

İki keçmiş prezident arasındakı münasibətlərə gəlincə, ekspert bildirib ki, maraqlarının nə qədər üst-üstə düşdüyünü söyləmək çətindir: "Bu anda eyni taktiki maraqlara sahibdirlər - ölkədəki hakimiyyəti dəyişdirmək. Bundan sonra bəzi danışıqlar ola bilər, maraqlar üst-üstə düşməyə bilər. Ancaq düşünürəm ki, ortaq bir rəqib meydana çıxsa, maraqlarının yenidən üst-üstə düşməsi mümkündür”.//Teleqraf.com 



Xəbərin oxunma sayı : 688




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap