Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sərksiyanla müxalifət lideri arasında oteldə gərgin görüş:“Bu dialoq deyil, ultimatumdur” (FOTO VİDEO)

Tarix 22.04.18, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın baş naziri Serj Sərkisyanın müxalifət lideri Paşinyanla olan görüşü baş tutub.

Strateq.az bildirir ki, “Mariott” otelində keçirilən görüş ciddi gərginliklə müşayət olunub.

“Mən şadam ki, siz danışıqlarla bağlı mənim çoxsaylı çağırışlarıma reaksiya vermisiniz. Amma anlamıram ki, biz çoxsaylı jurnalistlərin qarşısında nə barədə danışa bilərik” –deyə Sərkisyan görüşün əvvəlində bildirib.

Paşinyan deyib ki, görünür nəsə “anlaşılmazlıq” baş verib: “Mən prezident Sərkisyanla danışanda aydın şəkildə dedim ki, söhbət sizinlə (baş nazirlə-red) dialoqdan deyil, irəli sürdüyümüz tələbdən gedir. Mən bura sizin istefanızın şərtlərini və hakimiyyətin ötürülməsini müzakirə etməyə gəlmişəm. Odur ki, sizi “dialoq” sözünü işlətməməyə çağırıram”.

Sərksiyan öz növbəsində bildirib ki, bu dialoq və danışıqlar deyil, sadəcə ultimatum, dövlətin və qanuni hakimiyyətin şantajıdır: “Siz məsuliyyətin dərəcəsini anlamırsınız. Siz 1 mart 2008-ci ilin hadisələrindən dərs götürməmisiniz. Əgər siz bu tonda danışmağa davam etsəniz sizə yalnız məsləhət vermək qalır: Qanuna və məntiqi hərəkətlərin sərhəddinə qayıdın. Əks təqdirdə bütün məsuliyyət sizin üzərinizə düşür. Seçin”.

Paşinyan isə deyib: “Bizimlə heç kim hədə -qorxu dilində danışa bilməz. Siz ölkədəki situasiyanı təsəvvür edə bilmirsiniz. Bu, 10-15 gün əvvəlki vəziyyət deyil. Şərait dəyişib. Sizin əlinizdə artıq əvvəlki hakimiyyət yoxdur. Ermənistanda hakimiyyət xalqın əlinə keçib”.

Sərksiyan isə bildirib ki, 7-8 faiz səs toplamış fraksiya xalqın adından danışa bilməz: “Mənim daha danışıqları davam etdirmək həvəsim yoxdur. Əgər dövlətin qanuni tələbini qəbul etmirsinizsə, mən gedirəm, sağ olun”







Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap