Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sərnişinlərin ödənişindən 5% tutan şirkətin ünvanı Vüsal Kərimlinin evidir? – VİDEO

Tarix 04.02.23, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatdan istifadə qiymətləri 33 faiz bahalaşıb.

Yeniavaz.com xəbər verir ki, ictimai nəqliyyatdan istifadə üçün sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat təşkil edib. Bu məbləğin 5%-i, yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” MMC adlı şirkətin hesabına gedib.
Daha əvvəlki araşdırma yazılarımızda xəbər verdiyimiz kimi, “K Group” MMC-nin hüquqi ünvanında digər şirkət “GMSA” MMC qeydiyyatdan keçib. “K Group” MMC ilə eyni ildə - 2014-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi BNA-nın rəhbəri Kərimli Vüsal Ağaməmməd oğludur. Qeyd edək ki, bu faktı ilk dəfə Yeniavaz.com üzə çıxarıb.
Reyestr məlumatlarına görə, “K Group” MMC-nin hüquqi ünvanı hələ də 20 yanvar küçəsi 3, mənzil 13-dür. Toplum TV-nin müxbiri ünvana baş çəkib və elə qapının önündə tapdığı kommunal ödəniş bildirişlərində mənzil sahibinin Kərimli Vüsal Ağaməmməd oğlu, yəni BNA sədri olduğunu görüb.
Qeyd edək ki, Dövlət Satınalmalar haqqında qanunun 13-cü maddəsi dövlət sifarişçisi ilə podratçı arasında hər hansı asılılıq, qohumluq əlaqəsini qadağan edir. Bundan əlavə vaxtilə özəl şirkətdə çalışmış şəxsin sonra işlədiyi dövlət qurumundan öncəki iş yerinə sifariş verməsi düz 3 il ərzində qadağandır.
Xatırladaq ki, hələ ötən ilin sentyabrında daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş ediblər.





Xəbərin oxunma sayı : 595




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap