Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH

Tarix 19.04.24, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi hallarda ictimai narahatçılıq yaradan məsələlərdən də çox gileylənilirik. Məsələn, qonşumuz bütün günü yüksək səslə musiqiyə qulaq asır və yaxud evində davamlı şəkildə dava-dalaş salır. Bir sözlə, tez-tez bizlərin istirahət hüququ pozulur. Maraqlıdır ki, bəzi adamlar qanunvericiliyi bilmədiyi üçün belə hallarla rastlaşanda nə edəcəyini bilmirlər.

Ona görə də məsələnini hüquqi tərəfini araşdırdıq.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan vəkil Nurlana Əliyeva bildirib ki, qanunvericilik belə hallarla rastlaşan insanların hüquqlarını tam şəkildə qoruyur:

"Bu kimi hallarla qarşılaşan vətəndaşların da diqqətinə çatdırmaq istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozulması 150-200 manat miqdarında cəriməyə səbəb olur. Maddənin məzmununda cərimənin “gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa görə” tətbiq edildiyi öz əksini tapıb.

Qonşunun şikayəti əsasında polis orqanları bu cəriməni tətbiq edə bilər. Əgər mübahisə fiziki zorakılıq ilə nəticələnərsə, İnzibati Xətəlar Məcəlləsinin 157 maddəsinə əsasən qarşı tərəfə 300-500 manat məbləğində cərimə və ya 2 ayadək inzibati həbs tətbiq oluna bilər. Əgər sağlamlığa qəsdən ağır, az ağır və ya yüngül zərər vurmaqla törədilibsə, belə mübahisə hətta cinayət məsuliyyətinə səbəb ola bilər".



Xəbərin oxunma sayı : 739




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap